Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - FOTO  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib. 

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, ölkəmizin Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə həyata keçirdiyi əməkdaşlığın bu işə öz töhfəsini verdiyi vurğulanıb. 

Azərbaycan Prezidentinin bu yaxınlarda Rusiyaya uğurlu səfəri qeyd olunaraq, bu səfərin əlaqələrimizin daha da möhkəmlənməsini nümayiş etdirdiyi bildirilib. Dövlət başçısı bu səfər çərçivəsində Rusiya Prezidenti ilə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə Moskvada dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə tədbir iştirakçılarının Ulu Öndərin bu layihənin reallaşmasındakı xidmətlərini böyük hörmətlə yad etmələrindən məmnunluğunu bildirərək, vurğulayıb ki, bu, münasibətlərimizin səmimiliyini nümayiş etdirir və qürur hissi doğurur. 

Həştərxan vilayətinin qubernatoru ilk növbədə İlham Əliyevi Prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edərək, bunu Azərbaycan xalqının dövlət başçısına sonsuz etimadı kimi dəyərləndirib. 

Prezident İlham Əliyev təbriklərə və xoş sözlərə görə minnətdarlığını bildirib. 

İqor Babuşkin ötən il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Həştərxanda geniş miqyasda bir sıra təntənəli tədbirlərin keçirildiyini deyərək bununla bağlı hazırlanmış xatirə fotoalbomunu dövlət başçısına təqdim edib. 

Prezident İlham Əliyev Həştərxanda Ümummilli Liderin xatirəsinə göstərilən yüksək etimada görə minnətdarlığını bildirərək, bunu ölkələrimiz və xalqlarımız arasında dostluğun nümunəsi olduğunu deyib. 
Həştərxan vilayətinin qubernatoru Xəzəryanı ölkələri əhatə edən və dostluq rəmzi olan “Xəzər - Dostluq dənizi” devizi altında həyata keçirdikləri motoyürüşə Azərbaycan hökumətinin dəstəyinə görə minnətdarlığını ifadə edib. 

Söhbət zamanı Heydər Əliyev Fondunun Həştərxanda reallaşdırdığı layihələrin önəminə toxunulub. 

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Neftçi” 5 il sonra “Qarabağ”ı məğlub etdi

“Neftçi” 5 il sonra “Qarabağ”ı məğlub etdi

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Bu seriallar cəzalandırıldı

Bu seriallar cəzalandırıldı

“Barselona” Rafinyanı satır

“Barselona” Rafinyanı satır

Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Tramp “Nobel”ə namizəd OLA BİLƏR

Tramp “Nobel”ə namizəd OLA BİLƏR

“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki

Azərbaycanda uşağa qulluğa görə müavinət AVTOMATİK təyin olunacaq

Azərbaycanda uşağa qulluğa görə müavinət AVTOMATİK təyin olunacaq

Bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub - FOTO

Bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub - FOTO

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - FOTO

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - FOTO

Dağıstanda radikallar kəndi ələ keçirib idarə edirmiş - HƏBS olunanlar var - VİDEO

Dağıstanda radikallar kəndi ələ keçirib idarə edirmiş - HƏBS olunanlar var - VİDEO

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

Makron Ermənistana səfər edəcək...

Makron Ermənistana səfər edəcək...

İranda 21 yaşlı gənc edam edilib - FOTO

İranda 21 yaşlı gənc edam edilib - FOTO

Hacı Əliyevin ad günündən yeni GÖRÜNTÜLƏR YAYILDI: Bu sənətçilər səhnə alıb! - FOTO/VİDEO

Hacı Əliyevin ad günündən yeni GÖRÜNTÜLƏR YAYILDI: Bu sənətçilər səhnə alıb! - FOTO/VİDEO

İranın zərbələri ABŞ-a məxsus hərbi bazalara CİDDİ ZİYAN vurub - KİV

İranın zərbələri ABŞ-a məxsus hərbi bazalara CİDDİ ZİYAN vurub - KİV

Goranboyda ağacların arasından meyit tapıldı

Goranboyda ağacların arasından meyit tapıldı

Aynişanın bu stili mübahisə yaratdı - FOTOLAR

Aynişanın bu stili mübahisə yaratdı - FOTOLAR

Tiktoker ev dustaqlığına BURAXILDI

Tiktoker ev dustaqlığına BURAXILDI

Ölkədə vaxtı keçmiş kreditlərin həcmi açıqlanıb

Ölkədə vaxtı keçmiş kreditlərin həcmi açıqlanıb

Nəslillərarası “SAVAŞ” - Öz böyütdüyünü bəyənməyən valideynlər, yoxsa “at oynadan” övladlar?

Nəslillərarası “SAVAŞ” - Öz böyütdüyünü bəyənməyən valideynlər, yoxsa “at oynadan” övladlar?

Tramp yenə Merzi tənqid etdi: İşimizə qarışma!

Tramp yenə Merzi tənqid etdi: İşimizə qarışma!

End of content

No more pages to load

RADİO