Müxtəlif vaxtlarda Cəlilabad rayon sakinlərinə məxsus 8 baş inək və camışın örüş sahələrindən oğurlanması barədə polisə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuşlar Ramil Sadıqov və qohumu Raul Quliyev saxlanılıblar.
Hazırda onların digər analoji əməllərinin olub-olmadığı araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu