Zaqatalada yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “VAZ 2107” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub.
İlkin məlumata görə, hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu,Bizim.Media, Şimal-Qərb bürosu