“Azərsu” ASC-nin zəng mərkəzində problem yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
“Yaranmış texniki problemlə əlaqədar 955 Zəng Mərkəzinin işində fasilə yaranıb. Problemin həlli məqsədilə rabitə təsərrüfatı tərəfindən tədbirlər görülür” , - deyə o, rəsmi “Facebook” hesabında qeyd edib.
Bizim.Media