Dünyanın ən hündür zirvəsi olan Comolunqmada (Everest) da yeni növ koronavirusa (COVID-19) yoluxma faktı aşkarlanıb.
Bizim.Media xarici KİV-lərə istinadla xəbər verir ki, Norveçdən olan alpinist Erlend Ness səhhətindəki problemlə əlaqədar Comolunqma dağının düşərgəsindən Nepalın paytaxtı Katmanduya təxliyə edilib.
Ağ ciyər ödəməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən norveçlinin yeni növ koronavirus testinin cavabı müsbət olub.
Bildirilir ki, həmin alpinistin daxil olduğu ekspedisiyanın digər üzvləri karantinə cəlb olunublar.
Qeyd edək ki, Nepal hökuməti Comolunqma dağına eskpedisiyalara pandemiya ilə əlaqədar tətbiq etdiyi qadağanı cari aydan ləğv edib.
Mütəxəssislər isə yüksək ərazilərdə oksigenin az olması səbəbindən insan bədənində immunitetin zəiflədiyini və bunun müxtəlif infeksiyalara yoluxma riskini çoxaltdığını bildirirlər.
Bizim.Media