“Qladiator” filmi ilə Azərbaycanda da sevilən aktyor Zevs roluna razılıq verib.
Bizim.Media “Daily Mail”ə istinadən xəbər verir ki, Rassel Krou “Tor: Sevgi və şimşək” filmində Zevs obrazını canlandıracaq.
Rassel Krou ilə bərabər “Tor” filminin 4-cü bölümündə Mett Deymon, Sem Nil və Melissa Makkarti kimi məşhurları görmək olacaq.
Filmin təqdimatı isə 2022-ci il may ayının 5-nə planlaşdırılır.
Bizim.Media