Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə sənət ocağının sosial şəbəkə hesabında məlumat paylaşılıb:
“Bu, hamımız üçün böyük itkidir! Onun yaradıcılığı, xeyirxahlığı onu tanıyanların və qiymətləndirənlərin hamısının qəlbində yaşayacaq. Qəbri nurla dolsun!”, - deyə paylaşımda yazılıb.
Aktyorun bir müddət əvvəl insult keçirdiyi bildirilir.
Rəşad Əliyev, Bizim.Media