Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin bəzi reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.
Bizim.Media xəbər verir ki, bu informasiyanı "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti yayıb.
Mənbə gecikən reyslərin siyahısını açıqlayıb:
İslamabad-Bakı (J2 5144)
Dammam-Bakı (J2 8210)
Dehli-Bakı (J2 058)
Dubay-Bakı (J2 016)
Bizim.Media