Prezident Gəncə İdman Sarayının açılışında iştirak edib - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə İdman Sarayının açılışında iştirak edib. 

Bizim.Media xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına Gəncə İdman Sarayında yaradılan şərait barədə məlumat verib. 

Qeyd edək ki, uzun illərdir ölkəmizdə Olimpiya və idman hərəkatı geniş vüsət alıb. Ötən illərdə Azərbaycanda onlarla Olimpiya İdman Kompleksi və digər idman qurğuları tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar yaradıb. Gəncədə istifadəyə verilən İdman Sarayı da bu qəbildən layihələr arasında xüsusi yer tutur. 

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sarayının tikintisinə 2018-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin martında tam başa çatdırılıb. 

Gəncə İdman Sarayı müasirliyi ilə diqqəti cəlb edir. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, mini futbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Bu zalda 2200 nəfərlik sabit oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq və fiziki məhdudiyyəti olan tamaşaçılar üçün 20 yer ayrılıb. Burada, həmçinin VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələr və konfrans zalı yaradılıb. 

Qeyd olundu ki, İdman Sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Hovuzun uzunluğu 50, eni 21 metr, dərinliyi isə 3 metrdir. Burada 4 metr, 2,2 metr və 1,2 metrə qədər qalxa bilən mobil hərəkətli döşəmə də quraşdırılıb. Zalda üzgüçülük yarışlarını 1400-dən çox tamaşaçı izləyə biləcək. Fiziki məhdudiyyəti olan tamaşaçı üçün isə 16 yerlik ərazi təşkil olunub. Üzgüçülük hovuzu da VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələrdən ibarətdir. 

Gəncə İdman Sarayının kiçik zalı müvafiq olaraq 2, 3 və 4 yerə bölünmək imkanına malikdir. Burada ağır atletika, güləş, cüdo və boks zalları, müxtəlif təyinatlı otaqlar fəaliyyət göstərəcək və idmanın ayrı-ayrı sahələri tədris ediləcək. 

Nəhəng idman qurğusunda Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası, uşaq otağı, 3 konfrans zalı, böyük restoran, kofe-breyk bölmələri və marketlər fəaliyyət göstərəcək. 

Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Səksən nömrəsi olan mehmanxanada 160 idmançın qalması və istirahəti üçün hər cür imkan var. 

Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolaqları salınıb, istirahət guşələri yaradılıb, müşahidə kameraları quraşdırılıb. 

Belə nəhəng idman qurğularının yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 
 






































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Zelenskini “cəsur lider” adlandıran Kelloqu TƏHQİR ETDİ – Ağ Evdə QALMAQAL

Tramp Zelenskini “cəsur lider” adlandıran Kelloqu TƏHQİR ETDİ – Ağ Evdə QALMAQAL

Bu qidalar bağırsaqlarınızı səssizcə MƏHV EDİR - XƏBƏRDARLIQ

Bu qidalar bağırsaqlarınızı səssizcə MƏHV EDİR - XƏBƏRDARLIQ

İranda gərginlik PİK HƏDDƏ – Təhlükəsizlik qüvvələri etirazçıları ATƏŞƏ TUTDU – ANBAAN VİDEO

İranda gərginlik PİK HƏDDƏ – Təhlükəsizlik qüvvələri etirazçıları ATƏŞƏ TUTDU – ANBAAN VİDEO

8 ildən sonra İLK – Dollar kəskin UCUZLAŞDI

8 ildən sonra İLK – Dollar kəskin UCUZLAŞDI

Qırğızıstan rəsmisi çinli iş adamını rusca danışmağına peşman etdi – VİDEO

Qırğızıstan rəsmisi çinli iş adamını rusca danışmağına peşman etdi – VİDEO

Bakıda 64 yaşlı qadın dəm qazından DÜNYASINI DƏYİŞDİ

Bakıda 64 yaşlı qadın dəm qazından DÜNYASINI DƏYİŞDİ

Azərbaycanlı müğənninin ölüm xəbəri yayıldı

Azərbaycanlı müğənninin ölüm xəbəri yayıldı

Yeni ilin ilk günü bu BÜRCLƏR şad xəbər alacaq

Yeni ilin ilk günü bu BÜRCLƏR şad xəbər alacaq

Britaniyanın səfiri xalqımızı belə təbrik etdi – VİDEO

Britaniyanın səfiri xalqımızı belə təbrik etdi – VİDEO

309 tədbir, 121 görüş... – Prezidentin 2025-ci il üzrə rəsmi fəaliyyətinin STATİSTİKASI – FOTO

309 tədbir, 121 görüş... – Prezidentin 2025-ci il üzrə rəsmi fəaliyyətinin STATİSTİKASI – FOTO

KİV: “Ukraynanın növbəti prezidenti Zalujnı olacaq”

KİV: “Ukraynanın növbəti prezidenti Zalujnı olacaq”

Yeni Zelandiya 2026-cı ili belə qarşıladı – VİDEO

Yeni Zelandiya 2026-cı ili belə qarşıladı – VİDEO

Tək şifrə işlədənlərin DİQQƏTİNƏ - Sosial hesablar bir neçə saniyədə necə sındırılır?

Tək şifrə işlədənlərin DİQQƏTİNƏ - Sosial hesablar bir neçə saniyədə necə sındırılır?

Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri – FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri – FOTO

88 yaşlı Hollivud ulduzunun sağlamlıq SİRRİ

88 yaşlı Hollivud ulduzunun sağlamlıq SİRRİ

Rusiya MN Putinin iqamətgahına hücum edən dronun görüntülərini yaydı – VİDEO

Rusiya MN Putinin iqamətgahına hücum edən dronun görüntülərini yaydı – VİDEO

16 ildən sonra İLK DƏFƏ

16 ildən sonra İLK DƏFƏ

Lerikdə dərəyə aşan maşının sürücüsü sükan arxasında yuxulayıbmış – DETALLAR

Lerikdə dərəyə aşan maşının sürücüsü sükan arxasında yuxulayıbmış – DETALLAR

Qusarın mərkəzi meydanında möhtəşəm Yeni il yolkası – FOTO/VİDEO

Qusarın mərkəzi meydanında möhtəşəm Yeni il yolkası – FOTO/VİDEO

Azərbaycanda təhsillə bağlı YENİ QƏRAR verilə bilər – Əgər bu olsa…

Azərbaycanda təhsillə bağlı YENİ QƏRAR verilə bilər – Əgər bu olsa…

Nəriman Həsənzadə xəstəxanadan EVƏ BURAXILDI

Nəriman Həsənzadə xəstəxanadan EVƏ BURAXILDI

Bu 20 telefon modeli olanlar “Votsap”la vidalaşsın

Bu 20 telefon modeli olanlar “Votsap”la vidalaşsın

Alyona Əliyevadan paylaşım – FOTO

Alyona Əliyevadan paylaşım – FOTO

Yanvarın maaşından bu qədər VERGİ TUTULACAQ

Yanvarın maaşından bu qədər VERGİ TUTULACAQ

End of content

No more pages to load

RADİO