Ermənistan üçün Ukrayna SSENARİSİ – Qərb regionu fəlakətə SÜRÜKLƏYİR

Xəbər verdiyimiz kimi Brüsseldə ABŞ dövlət katibi Antoni Blinkenin,  Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü keçirilib.

Lakin aparılan səs-küylü kampaniyaya rəğmən görüş tərəflər üçün o qədər də əlamətdar olmadı. Ermənistanın Brüsselldəki səfirliyinə gələn Antoni Blinken və Ursula Fon der Lyayen qısa zamanda Nikol Paşinyanla gizli formada söhbətləşiblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Korotçenko: “Ermənistan bugünkü Suriyaya çevrilə bilər” - VİDEO


Qərb Ermənistanda ermənilərin əvəzinə vuruşacaqmı?

Ermənilərin bu görüşdən ən böyük gözləntisi o idi ki, NATO tezliklə Ermənistana gələcək və onlar ermənilər naminə “düşmənlərə” qarşı döyüşəcəklər. Amma bu ümidlər də puç oldu. Məlum oldu ki, Qərb Ermənistana gəlmək istəyir, amma ermənilərin müdafiəsi üçün yox, öz strateji maraqları üçün. 

Nəzərə alaq ki, tarix boyu ermənilərin əldə etdikləri nə varsa, hamısı xarici güclər hesabına reallaşıb. Bu gün isə Ermənistan əsas hamisi olan Rusiyadan üz döndərib. Ona görə də Ermənistan Qərbə sığınmaq istəyir. Ümid edir ki, Qərb də Rusiya kimi Ermənistanın büdcəsini dolduracaq, yeri gələndə isə ermənilərin əvəzindən vuruşacaq. 

Bəs, Qərb nə istəyir?

Qərb az xərclə çox iş görmək istəyir. Qərbin ən böyük istəyi Ermənistana soxulmaq və bununla da Rusiyanı Cənubi Qafqazdan qovmaq, eləcə də İrana daha yaxın olmaqdır. Yəni Qərbin bu niyyətlərində Ermənistan dövlətinin və erməni xalqının maraqları yer almır. Əslində bunu Paşinyan da bilir. Ancaq hakimiyyətini qorumaq üçün onun başqa yolu yoxdur. 

Kreml Nikolun qələmini qırıb. Hadisələrin inkişafından da görünür ki,  Rusiya Ermənistana iqtisadi yardımları tədricən kəsir. Görünən odur ki, Paşinyan hakimiyyətdə olduğu müddətdə Rusiya Ermənistana arxa durmayacaq. Ona görə də Paşinyan Rusiyanın dayandırdığı yardımların bir qismini Qərbin hesabına kompensasiya etmək istəyir. 

Amma reallıq ondan ibarətdir ki, Qərb Paşinyanın istəklərinə sadəcə sözdə “hə” deyir. Əməldə isə Qərbin Ermənistanla bağlı böyük iqtisadi planı yoxdur. Qərb sadəcə Ermənistandan Rusiya və digər region ölkələrinə qarşı alət kimi istifadə etmək istəyir. İqtisadi yardım nağılları da məhz hərbi məqsədləri pərdələmək üçün ortaya atılıb.
Amma Qərbin Ermənistan üzərində qurduğu oyun çox qorxulu və təhlükəlidir. Təsadüfi deyil ki, Brüssel görüşünün əsas hissəsi mətbuat üçün qapalı keçirilib. Bu da o deməkdir ki, Qərb Paşinyanı təhlükəsizlik paktı adı altında yeni təxribatlara məcbur edir. Məhz qapalı görüşdə də Paşinyana növbəti təxribatların planı təqdim edilib. 

Brüssel görüşündə müzakirə edilən hərbi pakt niyə gizlədilir?

Görüş öncəsi anonslar verilirdi ki, Brüssel görüşündə Ermənistan Aİ və ABŞ-la hərbi pakt imzalayacaq. Lakin görüşdə belə bir paktın imzalanma mərasimi olmadı. Sadəcə açıqlamalar oldu. Amma bir çox ekspertlər bəyan edir ki, ABŞ,Aİ və Ermənistan arasında əməkdaşlığa dair hərbi sənəd hazırlanıb. 

Bu sənəd Brüsseldə razılaşdırılıb. Lakin bəlli səbəblərə görə bu pakt barədə heç bir açıqlama verilməyib. Görünən qədərilə, görüşün Ermənistan səfirliyində keçirilməsinin tək səbəbi danışıqların gizli saxlanılmasına təminat yaratmaq olub. 

Bununla Qərb Ermənistan vasitəsilə regiona girmək istəyini də pərdələməyə çalışır. Təbii ki, Qərbin hərbi gücündən danışdıqda NATO yada düşür. NATO-nunsa Cənubi Qafqaza gəlişi bölgədə hərbi qarşıdurmanı qaçılmaz edəcək. Çünki məhz Ermənistanda Rusiyanın hərbi bazası var. Üstəlik, Ermənistan KTMT hərbi blokunun üzvüdür. Ona görə də Rusiyanın hərbi bazasının Ermənistandan çıxmasından qabaq NATO hərbçilərinin bu ölkəyə girməsi müharibəni zəruri edir. 

Təsadüfi deyil ki, Rusiya tərəfdən də müəyyən müharibə ritorikaları səslənməkdədir. Rusiyalı ekspertlər və siyasətçilər açıq şəkildə deyirlər ki, onların Ermənistandan çıxışı ciddi hərbi toqquşmayla müşahidə ediləcək. 

Qlobal güclərin hansısa ölkə üzərində toqquşan maraqlarının acı nəticəsini isə son 30 ildə biz çox görmüşük. 

İraq, Suriya və Ukraynanın qlobal güclər üzündən hansı faciələr yaşadığını indi hər kəs bilir. İraqda 20, Suriyada 13, Ukrayna da isə hərbi münaqişə 2 ildən artıqdır ki, davam edir. Bu münaqişələrin sonlanacağı tarix barədə heç bir nikbin proqnoz yoxdur. Üstəlik, Qərb Ukraynadan sonra Ermənistanda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir. Bununla da Rusiyanın daha da zəif düşəcəyinə ümid edir. 

Təbii ki, bu layihədə Ermənistan dövlətinin və erməni xalqının maraqları nəzərə alınmayıb. Hədəf Rusiyanı zəif salmaqdır. Bu yolda Ermənistanın məhvi, dövlət kimi tarix səhifəsindən silinməsi isə Qərbi qətiyyən narahat etmir. 

Regionda konfliktin alovlanması isə Azərbaycanı da ciddi narahat edir. Məhz buna görə Azərbaycan davamlı şəkildə Qərbin bu çirkin planına qarşı çıxır.

Təsadüfi deyil ki, martın 27-də Azərbaycan XİN bəyanat yaydı. Bəyanatda Brüssel görüşü ilə bağlı bildirildi ki, Qərbin Ermənistanla hərbi əməkdaşlığı bütün region dövlətləri kimi Azərbaycanın da təhlükəsizliyinə ciddi təhdidlər yaradır. 

Baxmayaraq ki, Brüssel görüşü ərəfəsində ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib gözlənilən görüşlə bağlı izahat verdilər. İnandırmağa çalışdılar ki, bu görüşdə Azərbaycanın iqtisadi-siyasi və hərbi maraqlarına toxunacaq heç bir qərar qəbul edilməyəcək. 
Bununla belə bağlı qapı arxasında hərbi paktın müzakirə olunduğu hər kəsə aydındır. Bütün hallarda gizli danışıqlar regional təhlükəsizliyə təhdid kimi qiymətləndirilir. Qərbin zorla Ermənistan soxulmaq planı regionda müharibəni qaçılmaz edir. Qərb Ermənistana gəlsə, onda bu ölkəni ən yaxşı halda Ukraynanın, pis halda isə Suriyanın taleyi gözləyir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

End of content

No more pages to load

RADİO