Moskva vilayətində PUA neft bazası yaxınlığındakı əraziyə düşüb.
Bizim.Media Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, dünən günorta saatlarında Lukoil şirkətinə məxsus Novoselki neft yükləmə bazasından 150 metr aralıda mədəndə PUA aşkar edilib.
Bildirilib ki, PUA-nın qanadı qopub, lakin partlamayıb. Ehtimal olunur ki, dronun qanadı ağaclara ilişib və hədəfə çatmayıb.
Partlayıcı texnikalar həmin gün axşam saatlarında onu məhv ediblər.

Bizim.Media