İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi - FOTO/VİDEO

İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi - FOTO/VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı Mövlud Cavuşoğluya ölkəmizdə böyük hörmət bəsləndiyini vurğulayaraq, onun bütün dövrlərdə Azərbaycanın yanında olmasını yüksək qiymətləndirdiyini bildirib və xalqımızın bunu çox dəyərləndirdiyini qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı Mövlud Çavuşoğlu müntəzəm surətdə çox önəmli açıqlamalar verib. O, bütün dünyaya Türkiyənin səsini çatdırıb ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bu açıqlamalar öz növbəsində Azərbaycanın işinə qarışmaq istəyən qüvvələrin qarşısının alınmasında önəmli rol oynayıb. 

Dövlət başçısı bu gün Azərbaycan-Türkiyə birliyinin daha da güclənməsinin önəmini qeyd edərək bildirib ki, hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər. 

Azərbaycan Prezidenti bildirib ki, Qarabağı işğaldan azad etməyimiz, xüsusilə keçən ilin sentyabrında həyata keçirdiyimiz antiterror əməliyyatı bəzi qüvvələri narahat edib. 

“Mən hər zaman deyirdim və deyirəm ki, biz haqq yolundayıq, öz əzəli torpaqlarımızı bütün beynəlxalq qanunlar çərçivəsində hərbi yolla azad etmişik”, - deyə vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, o vaxtdan bugünədək bizə olan təzyiqlər durmadan davam edir. Avropa Parlamenti təhqirlə dolu çirkin qətnamələr qəbul edib. AŞPA nümayəndə heyətimizi səsvermə hüququndan məhrum edib. Bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır və bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir. 

Bu gün ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçiriləcək üçtərəfli görüşə toxunan dövlətimizin başçısı bildirib ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki, son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Prezident İlham Əliyev qeyd edib ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür. 

Dövlət başçısı bir daha qeyd edib ki, keçən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək. Buna görə, biz bununla bağlı ABŞ və Avropadakı tərəfdaşlarımıza xəbərdarlıq etmək üçün açıqlamalar verdik. 

Geosiyasi vəziyyətin dəyişdiyini deyən Prezident İlham Əliyev belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd edib və bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirib. 

Xoş sözlərə görə minnətdarlığını ifadə edən Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib. 

Mövlud Çavuşoğlu hər zaman olduğu kimi, bu dəfə də doğma Azərbaycanda olmalarından böyük sevinc hissi keçirdiklərini deyib. O, İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edərək, bunu Azərbaycan xalqının dövlət başçısına Qarabağda Zəfər qazanan Ali Baş Komandan kimi yüksək etimadının təzahürü olduğunu deyib. 

Azərbaycan Prezidentinin andiçmə mərasimindəki çıxışında Türk dünyasını bizim bir ailəmiz adlandırdığını qeyd edən Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, dövlət başçısının bu çıxışında Türk dünyasının birliyi ilə bağlı dediyi çox dəyərli fikirlər Türk dünyasında böyük məmnunluqla qəbul olunub. Mövlud Çavuşoğlu vurğulayıb: 

“Siz dünyada önəmli bir lidersiniz və Sizin Türk dünyasının güclənməsi istiqamətində atdığınız addımlar bütün Türk dünyasına bəllidir”. 

Prezident İlham Əliyev qeyd edib ki, həqiqətən də Türk dünyası bizim bir ailəmizdir və biz bu istiqamətdə çalışmalıyıq. 

Mövlud Çavuşoğlu deyib ki, Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməyən qüvvələr var və onlar bu istiqamətdə öz siyasətlərini aparmağa çalışırlar. 


İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi - FOTO/VİDEO - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Prezident: “Bütün dinlərin nümayəndələri Konstitusiyamız əsasında bir ailədəki kimi yaşayır”

Prezident: “Bütün dinlərin nümayəndələri Konstitusiyamız əsasında bir ailədəki kimi yaşayır”

Rusiya dizel yanacağını idxal edən şirkətlərə ABŞ-dan XƏBƏRDARLIQ

Rusiya dizel yanacağını idxal edən şirkətlərə ABŞ-dan XƏBƏRDARLIQ

İlham Əliyev Mədəniyyətlərarası Dialoq Forumunun verdiyi töhfədən DANIŞDI

İlham Əliyev Mədəniyyətlərarası Dialoq Forumunun verdiyi töhfədən DANIŞDI

Prezident: “Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub” - VİDEO

Prezident: “Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub” - VİDEO

Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə

Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə

İlham Əliyev: “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu effektiv platformaya çevrilib” – VİDEO

İlham Əliyev: “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu effektiv platformaya çevrilib” – VİDEO

Bakıda Almaniya-Azərbaycan biznes konfransı işə başladı

Bakıda Almaniya-Azərbaycan biznes konfransı işə başladı

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Mbappenin Mao Tszedunla bağlı zarafatı BAŞINA BƏLA OLDU - FOTO

Mbappenin Mao Tszedunla bağlı zarafatı BAŞINA BƏLA OLDU - FOTO

İsraildə parlament seçkiləri başladı

İsraildə parlament seçkiləri başladı

Səudiyyə Ərəbistanı səmasında 4 dron məhv edildi

Səudiyyə Ərəbistanı səmasında 4 dron məhv edildi

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Qaz limitini keçən abonentlərin sayı açıqlandı – RƏSMİ

Qaz limitini keçən abonentlərin sayı açıqlandı – RƏSMİ

Elmarla Emin başqa cinayətə görə axtarışda imiş...

Elmarla Emin başqa cinayətə görə axtarışda imiş...

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var

Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var

Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş

Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş

Göygöldə 38 yaşlı kişi bıçaqlandı

Göygöldə 38 yaşlı kişi bıçaqlandı

Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı

Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı

Deputatın oğlunun da iştirak etdiyi dava ilə bağlı 13 nəfər saxlanıldı - RƏSMİ

Deputatın oğlunun da iştirak etdiyi dava ilə bağlı 13 nəfər saxlanıldı - RƏSMİ

"Həzi Aslanov"a birbaşa hərəkət BƏRPA OLUNDU

"Həzi Aslanov"a birbaşa hərəkət BƏRPA OLUNDU

Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video

Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video

End of content

No more pages to load

RADİO