Siyasət
Bu gün 10:09

Göygöldə 38 yaşlı kişi hələlik naməlum şəraitdə bıçaq xəsarəti alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin qarşısında baş verib.
1988-ci il təvəllüdlü Elvin Mehdiyev bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyata götürülüb, müalicəsi davam etdirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu