Siyasət
Bu gün 10:04

"Həzi Aslanov"-"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib.
Bizim.Media xəbər verir ki, beləcə "Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub.
Xatırladaq ki, "Həzi Aslanov" metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar Bakı metrosunun "Qırmızı" xətti üzrə qatarların hərəkət sxemi dəyişdirilmişdi. Belə ki, qatarlar "İçərişəhər" stansiyasından "Əhmədli" stansiyasına qədər hərəkət edirdi, "Həzi Aslanov"-"Əhmədli" sahəsində isə ayrıca məkik hərəkəti təşkil olunmuşdu.
Bizim.Media