Hindistanın şimalında 5,2 maqnitudalı zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Padam yaşayış məntəqəsindən 34 km cənubda yerləşib.
Yeraltı təkanların ocağı 21,3 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Bizim.Media