Qərbin növbəti QURBANI – Gürcüstanda etirazlar niyə ALOVLANDIRILIR?

Gürcüstan yeni vətəndaş qarşıdurmasına hamilədir. İki gün öncə bu qarşıdurmanın ilk qığılcımları parlamentdə saçdı. Belə ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyası xarici agentlərlə bağlı qanun layihəsini növbəti dəfə parlamentə təqdim edib. Ancaq qanun layihəsinin müzakirəsi elə ilk gündəcə parlamentində deputatların davasına səbəb olub. 

Belə ki, deputat Aleko Elisaşvili hakim "Gürcü Arzusu" partiyasının "xarici agentlər" haqqında qanun layihəsini yenidən parlamentə təqdim etməsinin hər kəsə qarşı təhqir olduğunu və bunun "Rusiya qanunu" olduğunu deyib.  Elisaşvilinin bəyanatı hakim partiyanın deputatları tərəfindən etirazla qarşılanıb və mübahisə davaya çevrilib.  

Xatırladaq ki, ötən il də bu qanun layihəsi parlamentin müzakirəsinə çıxarılmışdı. Lakin, o zaman cəmiyyətdə yaranan qarşıdurma səbəbilə qanun layihəsinin müzakirəsi yarımçıq qalmışdı. Hətta bununla bağlı Tiflisdə mitinqlər olmuşdu. 

Narazılığın arxasında hansı güclər dayanır?

Maraqlıdır ki, rəsmi Tiflisdən fərqli olaraq  gürcü cəmiyyəti bu qanunun qəbulunu istəmir. Bu da onunla bağlıdır ki, gürcü cəmiyyəti Qərbdən gələn sifarişlərə çox açıqdır. Belə demək mümkünsə bu gün bir çox gürcünün gündəlik dolanışığı Qərbdən gələn qrantlar hesabına formalaşır. Hazırda Gürcüstanda təkcə jurnalistlər və QHT-lər Qərbdən maliyyə almır. 

Qərbin labirintinə düşən çox sayda sadə gürcü də var. Onlar bu və digər şəkildə Qərbin maraqlarına xidmət edirlər. Bundan başqa Gürcüstan Qərbin regiondakı dayaq mərkəzlərindən biridir. Qərb məhz Gürcüstan üzərindən qonşu dövlətlərdəki şəbəkələrinə pul ötürə bilir. Təsadüfi deyil ki, Azərbaycana gələn çirkli pulların xeyli hissəsi Gürcüstanda leqallaşdırlır. 

Qərb Gürcüstandan təkcə maliyyə transferi üçün istifadə etmir. Həm də bəzi “ideyaları” bu ölkə üzərindən ötürür. Bu ideyalarsa digər xalqların mental dəyərlərinə, milli kimliyinə yönəlik layihələrin icrasına xidmət edir. 

Təbii ki, Qərbin bu oyunundan ən çox zərər görən Gürcüstan dövlətçiliyi və gürcü xalqıdır. 

Hələlik xalqın immuniteti var ki, Qərbdən ötürülən yad və bayağı “dəyərlər”ə reaksiya versin. Lakin, dövlətçilikdə bu məsələ bir qədər fərqlidir. Gürcüstan dövləti Qərbin qorxulu ideyalarının qarşısını almaqda çox zaman çətinlik çəkir. Necə ki, “xarici agentlər” haqqında qanun layihəsini hökümət iki ildir ki, parlamentdən keçirə bilmir.  

“Qarşıdurma riskləri artır”

Məsələ ilə bağlı Bizim.Media-ya danışan gürcü politoloq Gia Xuxaşvili bildirib ki, artıq parlamentdə qanun layihəsininin müzakirəsi başlanıb:

“Görünən odur ki, bu dəfə də müzakirələr insidentsiz keçməyəcək. Nəticələrinə gəlincə isə onu deyə bilərəm ki, bu Qanunun qəbulu bizim Avropaya inteqrasiya istiqamətində irəliləyişimizi xeyli çətinləşdirəcək. Daxili siyasətdə bu, seçki öncəsi qarşıdurma risklərini artıracaq. Ən əsası seçkilərin qanuni, sakit və sivil şəkildə  keçirilməsi imkanlarını praktiki olaraq aradan qaldıracaq”.

Göründüyü kimi nəinki sadə gürcülər, hətta gürcü politoloqlar və siyasətçilər Qərbdən əsən rüzgarı bir bəla kimi yox, səba yeli kimi başa düşür, qəbul edir. Bu isə Gürcüstan dövlətçiliyinə və gürcü xalqına yaxşı heç nə vəd eləmir.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya Kanslerindən Danimarka və Qrenlandiyaya DƏSTƏK

Almaniya Kanslerindən Danimarka və Qrenlandiyaya DƏSTƏK

İran rejiminin kimyəvi maddələrdən istifadə etdiyi təsdiqləndi - VİDEO

İran rejiminin kimyəvi maddələrdən istifadə etdiyi təsdiqləndi - VİDEO

Türkiyəli tennisçidən tarixi NAİLİYYƏT

Türkiyəli tennisçidən tarixi NAİLİYYƏT

Moldova "Avroviziya 2026" iştirakçısını və mahnısını açıqladı - VİDEO

Moldova "Avroviziya 2026" iştirakçısını və mahnısını açıqladı - VİDEO

İranda "Google"a giriş bərpa edildi

İranda "Google"a giriş bərpa edildi

Messinin komandası Libertadores Kubokunda iştirak edəcək

Messinin komandası Libertadores Kubokunda iştirak edəcək

Maşın bazarında son qiymətlər - VİDEO

Maşın bazarında son qiymətlər - VİDEO

Əncir qurusunun FAYDALARI

Əncir qurusunun FAYDALARI

Şuşa yenidən ağ örpəyə büründü - FOTO

Şuşa yenidən ağ örpəyə büründü - FOTO

Arıqlama dərmanı içən Şəbnəmin səhhəti pisləşdi - VİDEO

Arıqlama dərmanı içən Şəbnəmin səhhəti pisləşdi - VİDEO

"Fənərbağça" qol duelindən qalib ayrıldı

"Fənərbağça" qol duelindən qalib ayrıldı

Safurə həyat yoldaşının ad günündən görüntü paylaşdı - VİDEO

Safurə həyat yoldaşının ad günündən görüntü paylaşdı - VİDEO

Restoran və kafelərdə insan həyatı üçün TƏHLÜKƏ

Restoran və kafelərdə insan həyatı üçün TƏHLÜKƏ

Qaraciyəri toksinlərdən təmizləyən TƏBİİ VASİTƏ

Qaraciyəri toksinlərdən təmizləyən TƏBİİ VASİTƏ

Putinin xüsusi nümayəndəsi: Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək

Putinin xüsusi nümayəndəsi: Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək

Bakıda əmlak qiymətlərində YENİ REKORDLAR - VİDEO

Bakıda əmlak qiymətlərində YENİ REKORDLAR - VİDEO

Qəzzanı idarə edəcək komitənin üzvləri məlum oldu

Qəzzanı idarə edəcək komitənin üzvləri məlum oldu

Sabirabadda uçan körpü yenidən tikiləcək

Sabirabadda uçan körpü yenidən tikiləcək

Yazdığı vəsiyyətnaməni qızının toyunda oxudu - VİDEO

Yazdığı vəsiyyətnaməni qızının toyunda oxudu - VİDEO

Dönərxanada baş verən yanğın söndürüldü

Dönərxanada baş verən yanğın söndürüldü

Ukrayna hücum əməliyyatlarına hazırlaşır - Baş Komandan

Ukrayna hücum əməliyyatlarına hazırlaşır - Baş Komandan

Naxçıvan: Tarixin dörd anı və Naxçıvan Televiziyasının tarixi missiyası - FOTO

Naxçıvan: Tarixin dörd anı və Naxçıvan Televiziyasının tarixi missiyası - FOTO

Tabqa şəhərində kürd qadın döyüşçünün heykəlini sökdülər - VİDEO

Tabqa şəhərində kürd qadın döyüşçünün heykəlini sökdülər - VİDEO

Bakıda dönərxana yanır - VİDEO

Bakıda dönərxana yanır - VİDEO

End of content

No more pages to load

RADİO