ABŞ-da kosmik obyekt yaşayış binasının üzərinə düşüb.
Bizim.Media xəbər verir ki, çəkisi 1 kq olan əşya evin damını deşərək, binanın iki mərtəbəsindən keçib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Əşya kosmik tullantı kimi müəyyən edilib. Onun ISS-dən atılan köhnə batareyaları olan yük paletinin bir hissəsi olduğu güman edilir.


Bizim.Media