İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın suriyalı həmkarı Faysal Mekdad ilə telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə,Abdullahian İranın Dəməşqdəki səfirliyinin konsulluq binasına edilən hücuma görə bütün məsuliyyətin İsrailin üzərinə düşdüyünü bildirib.
Qeyd edək ki, bu gün İsrail müdafiə qüvvələri (İDF) İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı binaya hava zərbəsi endirib. Nəticədə bir neçə nəfər həlak olub.
Bizim.Media