İsrailin Dəməşqdəki İran konsulluğuna hücumu nəticəsində bir neçə SEPAH hərbi məsləhətçisi həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri məlumat verib.
“İsrail Qolan Yüksəkliklərində F-35 qırıcılarından atılan 6 raketlə İran konsulluğunun binasını hədəfə alıb. Təxminən yeddi nəfər öldürülüb. İndi heç bir ad açıqlaya bilmərəm”, - deyə diplomat qeyd edib.
İran mediası isə hücum nəticəsində 5 nəfərin öldüyünü, 12 nəfərin yaralandığını bildirir.
Bizim.Media