SEPAH-ın yüksək rütbəli generalı İsrailin Suriyaya hava hücumu nəticəsində öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Məhəmməd Rza Zahedi İsrailin Dəməşqə endirdiyi hava zərbə nəticəsində öldürülüb.
Qeyd edək ki, sözügedən hücum İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı binanı da dağıdıb.
Bizim.Media