Qazaxıstanın Aktau şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media “orda.kz” saytına istinadən xəbər veri ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları terror aktının qarşısını alıblar.
Axtarış zamanı ondan partlayıcı qurğunun hissələri və digər sübutlar götürülüb.
Məlumata görə, şübhəli şəxs radikal dini ideologiyanın tərəfdarıdır, əvvəllər qətl törətməkdə təqsirli bilinib. Faktla bağlı cinayət işi açılıb.
Bizim.Media