İsrail hərbçiləri Fələstinin Qəzza zolağında iki həftə davam edən hərbi əməliyyatdan sonra “Əş-Şifa” tibb kompleksini tərk ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı yazıb.
Mənbə qeyd edir ki, tibb kompleksinin korpusları yararsız hala düşüb.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri dəfələrlə iddia edib ki, Fələstinin HƏMAS radikal qruplaşmasının döyüşçüləri Qəzza zolağında yerləşən “Əş-Şifa” xəstəxanasından hərbi təyinat obyekti kimi istifadə ediblər.
Bizim.Media