Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə hər iki ölkənin hökumət nümayəndə heyətlərinin hüquqi məsələləri üzrə topoqrafik işçi qrupları və işçi qruplarının görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, görüş zamanı Qırğızıstan və Tacikistan arasında daha 28,37 km ümumi dövlət sərhədi xətti razılaşdırılıb.
İclasın yekunu üzrə müvafiq protokol imzalanıb.
Bizim.Media