Moskva vilayətində baş verən terror aktından sonra Tacikistandan olan miqrantlar kütləvi şəkildə Rusiya Federasiyasını tərk edirlər.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Tacikistanın əmək nazirinin müavini Şahnoza Nodiri bildirib.
“Bizə çoxlu zənglər gəlir. Vətəndaşlarımız qorxur və çoxları Rusiyadan ayrılmaq istəyir. Tacikistana gələnlərin sayı gedənlərdən daha çoxdur”, - deyə nazir müavini qeyd edib.
Bizim.Media