Qərbin sanksiyaları Rusiyanı, yoxsa Aİ-ni ÇÖKDÜRƏCƏK? – TƏHLİL 

Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. Budəfəki paketlərin hədəfi Rusiya sənayesidir. Qərb hesab edir ki, indiki halda Rusiyadan  alüminium idxalına qadağa qoyulsa, bu daha effektiv olar.

Alüminium niyə əhəmiyyətlidir?

Qeyd edək ki, dünya iqtisadiyyatında alüminium ən müxtəlif sahələrdə istifadə edilir. Bura kosmik raketlər, təyyarə istehsalı, avtomobil və digər texnikaların istehsalı, tikinti, ev əşyaları, hətta, «Kola» və digər içki qabları və dondurma folqaları aiddir. Yaşıl iqtisadiyyatda isə alüminium xüsusi əhəmiyyətə malikdir.
 

MÖVZU İLƏ BAĞLI:

Məxfi sənədlər ÜZƏ ÇIXDI – NATO Rusiya ilə müharibəyə HAZIRLAŞIR


Aİ ölkələri alüminiumu əsasən xaricdən alırlar. Az miqdarda Macarıstanda və Yunanıstanda alüminium istehsal edilir. Rusiya isə alüminium istehsalına görə Çindən sonra ikinci yeri tutur.

Bu ölkədə hər il 5 milyon tondan artıq alüminium istehsal edilir. Bunun da xeyli hissəsi Avropaya satılır.

Qeyd edək ki, alüminium istehsalı 2 mərhələdən keçir. I mərhələdə alüminium oksidi, II mərhələdə isə saf alüminium alınır. Beləliklə ağır metallurgiya sahələri xammal bazalarına, yüngül metallurgiya sahələri isə enerji mənbələrinə meyl edir. Son vaxtlar metallurgiyanın yeni sahəsi olan elektrometallurgiya güclü inkişaf edir. Yəni yaşıl enerji istehsalında alüminiuma çox böyük ehtiyac var. 

Aİ və ABŞ Rusiya alüminiumuna “stop” demək istəyir

Bununla belə həm Aİ, həm də ABŞ nümayəndələri alüminiumun qıtlığından və yüksək qiymətlərdən narahatdırlar. Çünki sanksiyalar enerji tutumlu və sənaye üçün kritik əhəmiyyət kəsb edən metal sənayesində ciddi çatışmazlıqlar yaradacaq.  

Qərb qərarını bununla haqq qazandırmaq istəyir ki, son illər Aİ Rusiyadan daha az alüminium alır. Belə ki, 2022-ci ildə Rusiya Federasiyasından Aİ-yə tədarük üçdə bir həcmində azalaraq 550 min tona düşüb. Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, Avropada alüminium çatışmazlığını Yaxın Şərqdən alışlar hesabına ödəmək çox çətin olacaq.

Bəhreyn və BƏƏ 2022-ci ildə cəmi 4,3 milyon ton metal istehsal edib. Onlar artıq bağlanmış müqavilələr əsasında Asiyaya ayrılan payın 90 faizini verirlər. Avropanın isə hər il ən azı 5 milyon ton  alüminiuma ehtiyacı var. 

Üstəlik, Rusiyadan gələn alüminium daha keyfiyyətlidir. Rusiya alüminiumu xüsusilə enerjiyə qənaətlidir - onun karbon izi digər iri istehsalçılarınkından 30-70 faiz aşağıdır. Bu da, xüsusilə "yaşıl" sənayelərdə ekoloji cəhətdən təmiz kabellər üçün xammal olan "tel çubuq" istehsalında çox vacibdir. 2022-ci ildə Avropadan tel çubuğu idxalının üçdə birindən çoxu Rusiya Federasiyasından gedib.

ABŞ ikili oyun qurur

ABŞ Aİ-ni Rusiya alüminiumuna sanksiya tətbiq etməyə sövq edir. Bununla bağlı Aİ-nin alternativ bazarlara çıxışına da məhz ABŞ əngəl törədir. Belə ki, rəsmi Vaşinqton Çindən bəzi alışların qarşısını alır ki, bu da dempinq təhlükəsini canlandıracaq. Nəticədə alüminiumsuz qalan Avropa zavodları istehsalı dayandırmaq məcburiyyətində qalacaq. 

Bu da Aİ iqtisadiyyatını çökdürə bilər. Nəzərə alaq ki, Aİ ölkələrinin iqtisadiyyatındakı ağır sənaye zavodlarının tam əksəriyyəti istehsalatda alüminiumdan istifadə edir.

Ona görə də ABŞ və Aİ-nin hazırladığı yeni sanksiyalar paketi Rusiyadan daha çox Avropanı çökdürə bilər. 

Əslində, ABŞ-ın istədiyi budur. Rəsmi Vaşinqton Rusiyaya yönəlik sanksiyalarla həm də əsas rəqibi olan Aİ-ni zəif salmaq istəyir. Məhz bu səbəbdən Aİ sanksiyalar paketini imzalamaqda bir qədər tərəddüd edir. Amma ABŞ-ın təzyiqi qarşısında Aİ çox dayana bilməyəcək. Nəticədə, Rusiyadan daha çox Aİ bu sanksiyaların acı nəticələrlə üz-üzə qalacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Seyfəddin Rəhimov vəfat etdi

Seyfəddin Rəhimov vəfat etdi

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Məhərrəm ayı nə vaxt başa çatır?

Məhərrəm ayı nə vaxt başa çatır?

Ramiz İdrisoğluya nazirlikdə yeni VƏZİFƏ VERİLDİ

Ramiz İdrisoğluya nazirlikdə yeni VƏZİFƏ VERİLDİ

"Qatar Airways"in təyyarəsi Bakıya məcburi ENİŞ ETDİ

"Qatar Airways"in təyyarəsi Bakıya məcburi ENİŞ ETDİ

Qax və Zaqatalada güclü külək: 4 kənd qazsız və işıqsız qaldı - FOTO/VİDEO

Qax və Zaqatalada güclü külək: 4 kənd qazsız və işıqsız qaldı - FOTO/VİDEO

Azərbaycanda at əti niyə geniş yayılmayıb?

Azərbaycanda at əti niyə geniş yayılmayıb?

Tramp Çin sədrinin ABŞ-yə səfər edəcəyi TARİXİ AÇIQLADI

Tramp Çin sədrinin ABŞ-yə səfər edəcəyi TARİXİ AÇIQLADI

İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! - Aktrisa

İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! - Aktrisa

İl sonuna qədər pensiya artırıla bilər - Açıqlama

İl sonuna qədər pensiya artırıla bilər - Açıqlama

Venesuelada zəlzələdə ölənlərin sayı 3342 nəfərə yüksəldi

Venesuelada zəlzələdə ölənlərin sayı 3342 nəfərə yüksəldi

Ermənistanda müxalif lider Qaqik Tsarukyan SAXLANILDI

Ermənistanda müxalif lider Qaqik Tsarukyan SAXLANILDI

Mərdəkanda dənizdə 4 nəfər batdı: İkisi xilas edildi

Mərdəkanda dənizdə 4 nəfər batdı: İkisi xilas edildi

End of content

No more pages to load

RADİO