“Getcontact"ı telefondan silsinlər, abunəliyi sonlandırsınlar - ÇAĞIRIŞ

Son günlər “Getcontact Premium” mobil tətbiqi barədə şikayətlərin ardı-arası kəsilmir. Vətəndaşlar “Getcontact Premium”un 1 aylıq abunə xidmətini mobil telefonlarından ləğv edə bilmirlər, bu səbəbdən onların kart hesablarından hər ay 5 manat 34 qəpik tutulur. Abunəliyin ləğv edilməsi bir yana, ən təhlükəli məqam budur ki, vətəndaşlar kart hesablarını da “Getcontact Premium”dan silə bilmirlər. Aidiyyəti qurum isə səlahiyyət daşımadığını bildirir. Belə halda “Getcontact Premium” istifadəçiləri nə etməldirilər?

Bizim.Media xəbər verir ki, msələyə aydınlıq gətirən İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Pravda.az-a açıqlamasında deyib ki, “Android”, “İphone” yaxud kompüter üzərindən hər hansı proqram təminatına abunəlik üçün qoşulduqda proqramın imkanlarının təqdim olunub-olunmadığı mütləq nəzərə alınmalıdır:

“Diqqət etməliyik ki, həmin proqram hansı sahəyə xidmət edirsə, həmin xidmətlərdən tam şəkildə istifadə edə biləcəyikmi?

Bu zaman proqramın hazırlanma peşəkarlığının səviyyəsindən asılı olaraq istifadəçi interfeysi - proqramın görünən tərəfi bizə təqdim olunur və tətbiqin menyularından istifadə edib işlərimizi aparırıq. Təbii ki, bəzi proqramlar peşəkar səviyyədə hazırlanıb və bunlar istifadəçi rahatlığı üçün düşünülmüş proqramlardır. İstifadəçi istədiyi zaman bu proqramdan ayrıla, əməkdaşlığını sonlandıra bilir. 

Lakin bəzi proqramlar istifadəçi üçün rahat hazırlanmayıb - ya arxada proqram təminatını təşkil edən komanda peşəkar deyil, ya da qəsdən istifadəçilərin üzvlüyünün silinməsi rahat olmasın deyə süni şəkildə çətinliklər yaradılır.
Bu tip proqramlarda üzvlüyün sonlandırılması menyusu arxa fonda gizlədilir, ya müvəqqəti olaraq həmin xidmət söndürülür, ya da tamamən düzgün aktiv edilmir. Nəticədə vətəndaşlar bu kimi nüanslar yaşayırlar. Mobil proqramlar üzərindən aktiv olmayan funksionallıqları, əldə edə bilmədiyimiz imkanları əsasən veb səhifələrdən əldə edə bilirik.

Çünki istənilən proqram birinci təqdim olunanda onun veb səhifəsi daha peşəkar olur, mobil proqram təminatları isə daha qeyri-peşəkar və zəif formada hazırlanır. İlk növbədə nəzərə alaq ki, “Getcontact Premium” tipli proqramlarda üzvlüyü sonlandırmağı veb səhifələrdən etməliyik. Bu zaman mobil telefonda istifadə etdiyimiz  şifrələr, telefon nömrəsi, istifadəçi adı mütləq yadımızda olmalıdır.

Bunlardan istifadə edərək “Getcontact”ın öz saytına daxil ola bilərik. İstifadəçi adımızı və parolumuzu yazaraq daxili akkaunta, yəni hesabımıza keçib, menyudan abunəliyi söndürə bilərik. Düzdür, bu xidmət qəliz yerdə ola bilər, menyunu qəlizləşdirmiş ola bilərlər. Hansı addımları atmaq lazımdırsa, “Youtube”da bu barədə mütəxəssislər tərəfindən hazırlanmış çoxlu sayda videolar var”.

Mütəxəssis deyib ki, “Getcontact Premium” kimi proqramlarla bağlı dövlət qurumları heç bir məsuliyyət daşımırlar:

“Çünki informasiya texnologiyaları sahəsi açıq bazardır. Sərbəst bazar şəraiti yaradılıb. Bu, hər kəs üçün müsbət haldır, istədiyimiz İT mütəxəssisi, proqramçı mütəxəssis proqram hazırlayıb onu açıq şəkildə - onlayn hansısa beynəlxalq saytda, yaxud ölkə daxilində sata bilər. Təbii ki, bunun qanuni olması, dövlətə vergi ödənilməsi nəzərə alınır. 

Bu kimi hallarda dövlət siyasətinə zidd olacaq məqamlara toxunulmayıbsa, vətəndaşlara heç bir qadağa qoyulmur. Yaxud xarici şirkətlərə, xarici vətəndaşlara öz proqramlarını, məhsullarını Azərbaycanda satmaq kimi qadağa qoyulmayıb. Bunun filtirasiya olunması da texniki olaraq çox çətin prosesdir. Qanuni olaraq dövlət qurumları özlərinin hazırlamadıqları hər hansı rəsmi proqramlara cavabdeh olmurlar”.

F.Əmirov vətəndaşlara çağırış edib:

“Vətəndaşlar “Getcontact Premium” tipli proqramlarda qeydiyyatdan keçdikləri zaman mütləq şəkildə bilsinlər ki, yaranacaq hər hansı insidentlərə rəmi olaraq dövlət qurumları heç bir halda cavabdehlik daşımırlar. İstər maliyyə, istər məlumat oğurluğuna istənilən halda şirkət özü cavabdehdir. Tövsiyə edirəm ki, belə proqramlara üzv olmaq kimi imkanları minimuma endirsinlər.

Doğrudur, bizə tanımadığımız nömrələrdən gələn zənglərdə nömrənin aid olduğu şəxsin adı “Getcontact Premium” proqramı vasitəsilə görünür, amma bu, gündəlik həyatımızda bizə xüsusi müsbət bir məlumat vermir. Bu tip proqramlar onlarda qeydiyyatdan keçən nömrələri öz daxili bazalarında saxlamaqla yaddaşlarına yığırlar. 
Məsələn, mən “Getcotact”ı telefonuma yazmışam, qeydiyyatdan keçmişəm, mənim nömrəm artıq “Getcotact”ın yaddaşında qalıb. Mənimlə paralel digər 5 nəfər də “Getcotact”da var. Mənim adımı onlar telefonda necə yazırlarsa, bunu görə bilirəm. Eyni zamanda “Getcotact”da qeydiyyatdan keçmiş başqa birinə zəng edəndə həmin şəxsin telefonunda mənim adım çıxır.

Yəni hansısa proqrama öz şəxsi məlumatlarımızı veririksə, bu proqramın həmin məlumatları üçüncü şəxslərə satmaq ehtimalları çox böyükdür. Bu da geniş miqyasda kiber təhdidlərə yol açır. Belə qeyri-peşəkar proqramların kompüterdə şəxsi bazamıza giriş imkanlarının olması da kiber təhdidə qapıdır. Bu proqramdan istifadə edən xarici vətəndaşlar qəsdli, yaxud qəsdsiz şəkildə kiber hücumlar həyata keçirə, məlumatlarımızı oğurlaya bilərlər.

Bəlkə də, artıq həmin proqramda qeydiyyatdan keçən vətəndaşların məlumatları yaxşı və ya yaxşı olmayan səbəblərə görə üçüncü şəxslərə satılır.

Burada reklam xarakteri də ola bilər, başqa səbəblər də. Bu tip viruslarımız da var. “Getcontact” kimi proqramlar kütləvi, çox sayda insana müraciət etdiyi, bazaları vətəndaş məlumatları ilə dolu olduğu üçün birbaşa kiber təhdiddir.

Hər hansı kiber cinayətkar qruplaşma “Getcontact”a hücum edib, onun bazasını ələ keçirsə, bizim bütün məlumatlarımıza, telefon nömrəmizə, şəxsi məlumatlarımıza, hətta həmin proqram üzərindən o proqramı telefonunda saxlayan istifadəçilərin telefonlarına belə birbaşa müdaxilə edə biləcək imkanlar yaranır. Bu da ciddi kiber təhdiddir. 

Üç-beş il bundan qabaq kiber təhdidlər bugünkü qədər çox vüsət almamışdı. Amma indi bu məsələlər çox önəmlidir. Getdikcə texnologiyanın həyatımıza müdaxiləsi artdıqca bizə aid olan məlumatların təhlükəyə düşməsi riski artır.
Bu da təbii ki, kiber cinayətlərin sayını artırır. Bu gün bizim üçün ən dəyərli vasitə məlumatlarımız olduğuna görə kiber cinayətkarlar şəxsi məlumatlarımızı hədəf alırlar. Bu səbəbdən belə tipli proqramları yükləməyi minimuma endirməliyik. Yaxşı olar ki, vətəndaşlar “Getcontact"ı telefondan silsinlər, abunəliyi sonlandırsınlar. Əgər texniki biliklərə malik deyillərsə, mütəxəssisə müraciət etsinlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın strateji neft ehtiyatı ən aşağı səviyyəyə düşüb

ABŞ-ın strateji neft ehtiyatı ən aşağı səviyyəyə düşüb

Qurban Qurbanov xaricdən gələn təklifləri rədd etdi

Qurban Qurbanov xaricdən gələn təklifləri rədd etdi

"Kremlin təhdidləri blefdir” - Erməni politoloq

"Kremlin təhdidləri blefdir” - Erməni politoloq

Pyatiqorsk şəhərində kafedə kütləvi zəhərlənmə: 33 zərərçəkən var

Pyatiqorsk şəhərində kafedə kütləvi zəhərlənmə: 33 zərərçəkən var

2026-cı ilin ən sürətli smartfonu məlum oldu

2026-cı ilin ən sürətli smartfonu məlum oldu

Saturnun fırlanma sürətinin sirri açıldı

Saturnun fırlanma sürətinin sirri açıldı

Çin Azərbaycan ərazisi ilə yeni ticarət marşrutu qurur - Rusiyadan YAN KEÇƏCƏK

Çin Azərbaycan ərazisi ilə yeni ticarət marşrutu qurur - Rusiyadan YAN KEÇƏCƏK

Seçkilərə bir həftə qalmış karapetyanlardan rüsvayçı və çirkin OYUN - FOTO

Seçkilərə bir həftə qalmış karapetyanlardan rüsvayçı və çirkin OYUN - FOTO

SON DƏQİQƏ: Gürcüstanda zəlzələ oldu

SON DƏQİQƏ: Gürcüstanda zəlzələ oldu

İran yeraltı raket bazalarına çıxışı bərpa edir

İran yeraltı raket bazalarına çıxışı bərpa edir

Tofiq Musayevin UFC-dəki növbəti rəqibi bəlli oldu

Tofiq Musayevin UFC-dəki növbəti rəqibi bəlli oldu

Argentinanın təbiət incisi: "La Yesera" qoruğu - VİDEO

Argentinanın təbiət incisi: "La Yesera" qoruğu - VİDEO

“Zirə” 5 futbolçu ilə yollarını ayırdı

“Zirə” 5 futbolçu ilə yollarını ayırdı

İçərişəhərdə yeni idman meydançası açıldı - FOTO

İçərişəhərdə yeni idman meydançası açıldı - FOTO

Ankara və Ərbil ABŞ ilə İsrailin "kürd planı"nı necə alt-üst etdi?

Ankara və Ərbil ABŞ ilə İsrailin "kürd planı"nı necə alt-üst etdi?

Ramzan Kadırovun oğluna növbəti medal verildi

Ramzan Kadırovun oğluna növbəti medal verildi

Dövlət Departamentində "beyin axını": ABŞ bir ildə 2000-ə yaxın diplomatını itirdi

Dövlət Departamentində "beyin axını": ABŞ bir ildə 2000-ə yaxın diplomatını itirdi

Tramp ABŞ-ın Türkiyədəki səfirinə daha bir VƏZİFƏ VERDİ

Tramp ABŞ-ın Türkiyədəki səfirinə daha bir VƏZİFƏ VERDİ

Bərdədə yol qəzasında xəsarət alanların SON DURUMU

Bərdədə yol qəzasında xəsarət alanların SON DURUMU

Fransa Bofor qalasının ələ keçirməsi ilə bağlı BMT TŞ-nin təcili iclasını tələb etdi

Fransa Bofor qalasının ələ keçirməsi ilə bağlı BMT TŞ-nin təcili iclasını tələb etdi

İran parlamenti Hörmüz boğazı ilə bağlı qanun qəbul edəcək?

İran parlamenti Hörmüz boğazı ilə bağlı qanun qəbul edəcək?

Robotlar Ukraynadakı müharibəni dəyişir — CNN

Robotlar Ukraynadakı müharibəni dəyişir — CNN

Qəzzada ölənlərin sayı 73 minə yaxınlaşdı

Qəzzada ölənlərin sayı 73 minə yaxınlaşdı

Mərkəzi Bankın açıqladığı rəqəmlər diqqət çəkdi - VİDEO

Mərkəzi Bankın açıqladığı rəqəmlər diqqət çəkdi - VİDEO

End of content

No more pages to load

RADİO