Cəbrayılda ağır yol qəzası baş verib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Marallı kəndində qeydə alınıb.
"Mercedes" və "VAZ-2107" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfərin - Mehdi Mehdiyev, Etibar Əliyev və Əli Cəfərovun öldüyü bildirilir.
Xəsarət alan 3 nəfər isə Füzuli rayon mərkəzi xəstəxnasına yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Cəbrayılda baş verən yol qəzası faktını təsdiqləyib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Bizim.Media