Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü Ağcabədi rayon sakini 1960-cı il təvəllüdlü Səfərov Eldar İbad oğlu “BMW” markalı maşınla Ucar istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Qəza nəticəsində sürücü Eldar Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.



Bizim.Media, Aran bürosu