Rasim Balayev iradlara cavab verdi: "Gənclərə yer verəcəyik, dünyanı tutub durası deyilik..."

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev İttifaqın sədri vəzifəsinə seçkilərdə ədalətli davranılmaması, gənclərə yer verilməməsi, kino sahəsində müsbət gözləntilərin olmaması barədə müzakirələrə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, Xalq artisti “Pravda.az-a açıqlamasında bu barədə danışıb.

R.Balayev bildirib ki, kinonu Kinematoqrafçılar İttifaqı deyil, Mədəniyyət Nazirliyi, nazirliyin tabeliyindəki Kino Agentliyi çəkir.

"Bizim tövsiyələrimiz ola bilər. Təbii ki, istedadlı gənclərimizi tövsiyə edəcəyik. Gənclərə həmişə yer verəcəyik, onlar bizim gələcəyimizdir. Dünyanı tutub durası deyilik. Bizim də planlarımızdan biri budur ki, gənclərimizi irəli çəkək. Çalışacağıq ki, onlar işlə məşğul olsunlar", - o qeyd edib. 

R.Balayev sədr seçimi zamanı obyektiv davranılmaması iddiasına da münasibət bildirib:

"Narazı adamlar oldu. Bu, təbiidir. Amma əksəriyyət konfransımızdan razı qaldı. İçimizdə narazı adamlar həmişə olur. Hərənin öz fikri var. Müəyyən səbəblərə görə Kino İttifaqı ayrılmışdı. Təxminən, 10 ilə qədər iki Kino İttifaqı fəaliyyət göstərdi. Bu da çox yersiz görünürdü. 

Bu boyda ölkədə bir dənə İttifaq olmalıdır də, ikincisi lazım deyildi. Həm kino işçilərinin özlərinin arzusu, həm də Mədəniyyət Nazirliyinin təklifi ilə birləşdik. Dedilər ki, birləşəndə bir sədr seçilməlidir. Biri var iki sədr, bir də var ki, tək təşkilat olanda ştatlar tamam dəyişir. Buna görə də seçki keçirdik. Hamısı protokollaşdırılıb. Narazı adamların da orada adı var. 
Bizdən asılı olan, Nizamnaməyə uyğun nə iş varsa, biz onu Allahın izni ilə görəcəyik. Bütün kino işçilərinin mən də daxil olmaqla, şərti ilə bir amalımız var: Azərbaycan kinosunu yenidən dirçəltmək, əvvəlki qaydada yaxşı filmlər çəkmək. Başqa niyyətimiz yoxdur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrakli Kobaxidze: “Gürcüstana qarşı hücum dalğası başlayıb”

İrakli Kobaxidze: “Gürcüstana qarşı hücum dalğası başlayıb”

Qusarda məişət zorakılığına qarşı mühüm təlim keçirildi - FOTO

Qusarda məişət zorakılığına qarşı mühüm təlim keçirildi - FOTO

“Turan Tovuz” kolumbiyalı legionerlə müqaviləni uzatdı

“Turan Tovuz” kolumbiyalı legionerlə müqaviləni uzatdı

Azərbaycanda BENZİN bahalaşa bilər

Azərbaycanda BENZİN bahalaşa bilər

İmam Xomeyni adına hava limanında yanğın olub

İmam Xomeyni adına hava limanında yanğın olub

Uqanda Ebola təhlükəsinə görə Konqo ilə sərhədi BAĞLADI

Uqanda Ebola təhlükəsinə görə Konqo ilə sərhədi BAĞLADI

Ömürlük pensiya alanların NƏZƏRİNƏ

Ömürlük pensiya alanların NƏZƏRİNƏ

“Şəfa” baş məşqçisini istefaya göndərdi

“Şəfa” baş məşqçisini istefaya göndərdi

Yevlaxda baş verən qəzanın bəzi TƏFƏRRÜATLARI

Yevlaxda baş verən qəzanın bəzi TƏFƏRRÜATLARI

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

"Susduqca, daha çox söyülürəm"

"Susduqca, daha çox söyülürəm"

Türkiyə Azərbaycandan təbii qaz idxalını artırıb

Türkiyə Azərbaycandan təbii qaz idxalını artırıb

“Şimal” Birinci Liqadakı yerini qorudu

“Şimal” Birinci Liqadakı yerini qorudu

Anasının ağır vəziyyətdə fotosunu paylaşdı

Anasının ağır vəziyyətdə fotosunu paylaşdı

Putin Qazaxıstana 3 günlük səfər edib - VİDEO

Putin Qazaxıstana 3 günlük səfər edib - VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un GÖNDƏRİLƏCƏK

Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un GÖNDƏRİLƏCƏK

Zelenski Prezident İlham Əliyevə təbrik məktubu yazdı

Zelenski Prezident İlham Əliyevə təbrik məktubu yazdı

Qalibaf müsəlman ölkələrini əməkdaşlığa çağırdı

Qalibaf müsəlman ölkələrini əməkdaşlığa çağırdı

“Neftçi” millimizin üzvü ilə müqavilə bağladı

“Neftçi” millimizin üzvü ilə müqavilə bağladı

Gəlini ilə münasibətlərindən DANIŞDI

Gəlini ilə münasibətlərindən DANIŞDI

Polislər arasında çempionat başa çatıb – FOTO/VİDEO

Polislər arasında çempionat başa çatıb – FOTO/VİDEO

Göyçayda ağır qəzada ölən və xəsarət alanların KİMLİYİ

Göyçayda ağır qəzada ölən və xəsarət alanların KİMLİYİ

Göyçayda baş verən qəza ilə bağlı TƏBİB-dən açıqlama

Göyçayda baş verən qəza ilə bağlı TƏBİB-dən açıqlama

Ermənistan ordusunun gerbi dəyişdirildi - "Real Ermənistan"ın xəritəsi yerləşdirildi

Ermənistan ordusunun gerbi dəyişdirildi - "Real Ermənistan"ın xəritəsi yerləşdirildi

End of content

No more pages to load

RADİO