Göyçayda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların kimliyi məlum olub.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə zamanı dünyasını dəyişənlər Hüseyn Salahov (1970), E.Feyzullayevadır (2012).
Xəsarət alanlar isə İmran Əmrahov (1968), Mehriban Əmrahova (1964), Arzu Feyzullayeva (1988) L.Feyzullayevadır (2016).
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində “Opel”, “KİA” və “Chevrolet” markalı üç avtomobillər toqquşub.
Bizim.Media, Aran bürosu