Gəncədə küçədən kişi meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Atatürk prospektində 1961-ci il təvəllüdlü Arzu Hüseynovun meyiti binalardan birinin yaxınlığında aşkar olunub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin versiyaya görə, 63 yaşlı Hüseynov ürəktutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu