Pentaqonun sirləri: Minabdakı məktəbə endirilən zərbənin təhqiqatı məxfiləşdiriləcək

Böyük Britaniyanın nüfuzlu "The Guardian" nəşri ABŞ ilə İran arasında müharibənin ilk günü İranın Minab şəhərində qızlar üçün ibtidai məktəb binasına endirilən və yerli mənbələrin məlumatına görə, əksəriyyəti uşaqlar olmaqla azı 175 nəfərin ölümü ilə nəticələnən raket zərbəsini ətraflı araşdırıb.

Bizim.Media xəbər verir ki, araşdırma materialında Pentaqonun bu dəhşətli insidentin təhqiqatını ictimaiyyətdən gizlətməyə çalışdığı iddia olunur.

Məlumata görə, hücum "Tomahawk" qanadlı raketi vasitəsilə həyata keçirilib. Hadisədən rəsmən dörd aya yaxın vaxt keçməsinə baxmayaraq, Pentaqon hərbi qüvvələrin sonradan məktəb olduğu müəyyən edilən obyekti niyə hədəf aldığına dair hələ də heç bir ictimai izahat verməyib. Daxili araşdırmanın gedişatı qapalı saxlanılır və mənbələr onun nəticələrinin tamamilə məxfiləşdirilə biləcəyini bildirirlər.

Hücumun dərhal ardından ABŞ Prezidenti Donald Tramp hadisənin bir səhv olduğunu və zərbənin qəsdən endirilmədiyini bəyan etmişdi. İlk günlərdə obyektin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğu versiyası irəli sürülsə də, sonradan hədəfin ehtimal olunan hərbi obyektin yaxınlığındakı ərazi olduğu məlum olub. Səhv isə hədəf göstərmə sistemindəki köhnəlmiş məlumatlar səbəbindən yaranıb — kəşfiyyat datalarında həmin məkanda məktəbin fəaliyyət göstərdiyi qeyd olunmayıb.
 

"The Guardian" materialında ABŞ-nin Müdafiə naziri Pit Hegsetin (Pete Hegseth) dövründə Pentaqonun daxili siyasətində baş verən dəyişikliklərə xüsusi diqqət yetirilir. Bildirilir ki, nazirliyin daxilində mülki itkilərin qiymətləndirilməsi və dinc sakinlər arasında tələfata səbəb olan insidentlərin analizi ilə məşğul olan bölmələr ixtisar edilib və ya tamamilə ləğv olunub. Tənqidçilər bəyan edirlər ki, bu addım ordunun fəaliyyətinə ictimai və hüquqi nəzarət mexanizmlərini ciddi şəkildə zəiflədir.


Nəşrə danışan amerikalı rəsmilər və müdafiə qurumunun keçmiş əməkdaşları təhqiqatın ictimaiyyətə açıqlanacağına və ya hər hansı bir məsuliyyət yaradacağına şübhə ilə yanaşırlar. Hətta ABŞ Konqresi belə administrasiyadan aydın izahatlar almaqda ciddi çətinliklərlə üzləşir.

Ekspertlər bu vəziyyəti ABŞ ordusunun keçmiş hərbi əməliyyatları zamanı — İraqın Mosul və Əfqanıstanın Qunduz şəhərlərində mülki əhali arasında çoxsaylı qurbanlara səbəb olan və sonradan ört-basdır edilən analoji irimiqyaslı insidentlərlə müqayisə edirlər. İlkin rəylərə görə, faciəyə kəşfiyyat məlumatlarının vaxtında yenilənməməsi səbəb olub; məktəbin yaxınlığındakı ərazi hələ də hərbi zərbə üçün "icazə verilən hədəf" statusunda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Kamilə Babayevaya ağır itki

Kamilə Babayevaya ağır itki

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

İstanbul aeroportu yeni REKORDA imza atdı

İstanbul aeroportu yeni REKORDA imza atdı

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

End of content

No more pages to load

RADİO