Kanadanın Kvebek əyalətinin Monreal şəhərində erməni ordusunun Gəncə, Bərdə terroruna etiraz və Azərbaycan dövlətinə dəstək məqsədilə icazəli aksiya keçirilib. Aksiya Kvebek Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, aksiyada azərbaycanlı icması ilə yanaşı, bu ölkədə yaşayan rus və yəhudi icmasının nümayəndələri də iştirak ediblər.
“Dorchester” meydanında baş tutan aksiyada Azərbaycan, Türkiyə, İsrail və Rusiyanın dövlət bayraqları dalğalandırılıb, “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni təcavüzünə son qoyun!”, “Bərdə üçün dua et!” kimi şüarlar səsləndirilib.
Bildirilib ki, Ermənistan dövlətinin işğalçılıq və təcavüzkarlıq siyasəti nəticəsində 30 ilə yaxındır ki, Azərbaycanın ərazi bütövlüyü pozulub. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Aksiyada təcavüzkar erməni ordusunun döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərə, dinc əhaliyə istifadəsi qadağan edilmiş kasetli raketlərlə hücumları kəskin şəkildə pislənilib.
Bizim.Media