Tayland Kralı Maha Vajiralongkorn bazar günü axşam ölkəsindəki etirazlara münasibət bildirib.
Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, bu onun hakimiyyətdə vəliəhd olduğu vaxtdan 40 il sonra verdiyi ilk müsahibədir.
Müsahibədə jurnalistlər etirazçıların irəli sürdüyü tələblərlə bağlı kraldan açıqlama verməsini istəyiblər. İlk olaraq, sualları cavablandırmayan ölkə başçısı, sonra “Biz yenə də onları sevirik” deyərək etiraz edənlərin haqlı mövqeyinə mane olmadığını bildirib.
Kral jurnalistin etirazçılara güzəştin olub-olmayacağı ilə bağlı ünvanladığı suala “Tayland güzəştlər ölkəsidir” deyib və bir daha xalqının yanında olduğunu diqqətə çatdırıb.
Bizim.Media