Finlandiya Ukraynaya növbəti, sayca 22-ci hərbi yardım paketini elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, dəyəri təxminən 190 milyon avro olan hərbi yardıma Finlandiya istehsalçılarından alınmış məhsullar da daxil edilib.
Lakin nazirlik təhlükəsizlik tədbirlərinə görə, paketə ümumilikdə nələrin daxil olduğu və onun çatdırılmasının təfərrüatları açıqlamayıb.
Bizim.Media