''Bakı bir gecəqondu şəhərinə çevrilib. Vaxtilə məmurların özbaşınalığı sayəsində Bakı paylanıb. Qanunsuz yaşayan vətəndaş məsələsi də bir problemdir''.
Bizim.Media-nın məlumatına görə, bu fikirləri millət vəkili Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib.
Deputatın sözlərinə görə, gecəqondularda rayonlardan gələn insanlar yaşayır:
“Onlar sosial həyat şəraitlərinə görə gəlib burada yaşayırlar. Onlar burada inək-qoyun saxlayırlar.
Ölkədə qurumlararası münasibətlər olduqca acınacaqlı vəziyyətdədir. Bələdiyyənin verdiyi sənədi icra hakimiyyətləri qəbul etmir.
Bir ölkədə ki, bələdiyyənin qərarı keçərli deyil, onda onun fəaliyyətini dayandırmaq lazımdır. Yüzlərlə qanunsuz evlər miras qalıb.
Ona görə də qanunsuz evlərin özəlləşməsi məsələsini həll edək. Həmin şəxslərin öz rayonlarına qayıtması üçün şərait yaratmalıyıq”.
Bizim.Media