Zelenskinin iki illik müharibədə fərqinə varmadığı MƏQAMLAR – Kimdir günahkar? 

Ukrayna –Rusiya müharibəsinin başlamasından 2 il ötür. Arxada qalan 2 ilə baxmaq, dəyərləndirmək çox acılı və çətindir. Ona görə ki, bu müharibə ən azından yarım milyondan artıq insanın həyatına son verib. 10 milyondan artıq insan doğma ocağından didərgin düşüb.

Onlarla şəhər, qəsəbə və kənd xarabazarlığa çevrilib. Ən nəhayət ərazisinə görə Avropanın 3 ən böyük ölkəsindən biri parçalanmaq və dünya xəritəsindən silinmək reallığı ilə üzbəüz qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna yeni ƏKS-HÜCUM HAZIRLIĞINDA – Kiyevin müqavimət göstərməyə GÜCÜ QALIB?


Kimdir günahkar?

Təbii ki, müharibəni başlayan və Ukraynaya hücum edən Rusiyadır. Amma bütün günahları Rusiyanın üzərinə yıxmaqla Ukraynanı məsuliyyətdən qurtarmaq olmaz. Çünki, Ukrayna Rusiya ilə heç zaman konstruktiv dioloqa getmədi. Qərbin diktəsi ilə Ukrayna Rusiya ilə nəinki kompramisə getmədi, əksinə ona meydan oxudu. Nəticə isə göz qabağındadır… Ukrayna dövləti dağılmaq, Ukrayna xalqı məhv olmaq üzrədir. 

2 illik müharibə Ukrayna üçün təkcə ona görə faciəli deyil ki, Rusiya kimi dünyanın ikinci hərbi gücünə qarşı vuruşurdu, yox. Ukraynanın ən böyük faciəsi odur ki, müharibə onun ərazisində gedir. Dağıdılan infrastruktur, öldürülən insanlar Ukraynaya məxsusdur. Yəni Ukraynalıları qıran, şəhər və qəsəbələri xarabazarlığa çevirəən təkcə rus ordusu deyil. Son 2 ildə Ukrayna ordusunun hücumları nəticəsində Donetsk və Luqansk bölgəsində minlərlə ukrayna vətəndaşı həlak olub, N qədər infrastruktur məhv edilib və bu acı mənzərə bu gün də davam edir.

Son günlər Donetsk şəhəri davamlı olaraq atəşə tutulur. Sonuncu raket zərbələri nəticəsində 16 mülki şəxsin həlak olduğu deyilir. Nəzərə alaq ki, Donetsk şəhəri Rusiya ordusunun nəzarətindədir. Bununla belə Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, Donetski atəşə tutan ruslardır. Amma Zelenskinin fikirləri elə də inandırıcı gəlmir. 

Ruslar öz nəzarətlərində olan əraziləri niyə bombalasın ki?!

Ümumiyyətlə, Ukrayna-Rusiya müharibəsində son zamanlar mülki əhali daha çox –hədəfə alınır. Son bir ayda Donetsk vilayətində 30-dan artıq mülki şəxs həyatını itirib. Bundan əlavə, yanvarın 24-də Rusiyaya məxsus İl-76 təyyarəsi Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğradı. Rusiya tərəfinin məlumatına görə təyyarənin göyərtəsində 65 hərbi əsir, 3 nəzarətçi və 6 ekipaj üzvü olub.

Göyərtədə olanların hamısı həlak olub. Rəsmi Moskva tərəfindən təyyarənin Ukrayna ordusu tərəfindən vurulduğu bildirilsə də, rəsmi Kiyev iddialara heç bir cavab vermədi. Amma bu susqunluğa rəğmən 65 ukrayna vətəndaşı həyatını itirdi.

Bu və digər hadisələr göstərir ki, Ukrayna təmas bölgəsində heç bir uğur qazana bilmir. Ona görə də məğlubiyyətini gizlətmək üçün mülki obyektləri hədəfə alır. Mülki obyektlərdəki ölü sayı da bir çox hallarda qarşı tərəfin itkisi kimi qeyd edilir.

Bu “taktika” bizlərə çox yaxşı tanışdır. 

44 günlük müharibədə ermənilər məğlubiyyətlərini gizlətmək və qarşı tərəfə daha çox “ziyan vurduqlarını” sübut etmək üçün davamlı şəkildə mülki obyektlərə raket zərbələri endirirdilər. Müharibə günlərində Tərtər, Ağcəbədi və Goranboy rayonlarının şəhər və kəndləri hər gün raket zərbələrinə məruz qalırdı. Ermənilər hətta cəbhə bölgəsindən uzaqda olan Gəncə, Bərdə və Mingəçevir şəhərlərini də hədəfə alırdılar.

Təbii ki, həmin raket zərbələri zamanı zərər görən ancaq mülki əhali olurdu. Təsadüfi deyil ki, məhz belə hücumlar zamanı 100-dən artıq mülki vətəndaşımız həyatını itirdi. Onların arasında xeyli sayda uşaq da vardı. Bununla belə insanlığa sığmayan bu terror aktlarından ermənilər fəxarətlə danışırdılar. Separatçıların o zamankı lideri Arayik Arutyunyan hətta sosial şəbəkələrdə çıxış edərək Gəncənin bombardıman edilməsində birbaşa iştirak etdiyini deyirdi.

Bu gün bu bədnam proseslər Ukraynada təkrarlanır. Hər gün neçə-neçə günahsız mülki vətəndaş mərmilərin qurbanı olur. Nə təsadüfdürsə Ukrayna tərəfi bunu çox zaman özlərinin uğuru kimi təqdim edir. Təbii ki, Rusiya üçün insan itkisinin önəmi yoxdur. Ona görə ki, qırılan insanların çox böyük hissəsi ukraynalılardır. 

Ukraynanın siyasi hakimiyyəti olanların fərqinə varmalıdır…

Çünki, Donetskdə də, Luqanskda da Xarkovda da ölən mülki şəxslər Ukrayna vətəndaşlarıdır. Yəni Ukrayna özünün uğuru kimi təqdim elədiyi fakt əslində bu xalqın faciəsidir, genefondun məhv edilməsidir. Bu gün hansısa Alakseyin, Vlodimirin və yaxud Tarasın günahı deyil ki, o Donetskdə, Luqanskdə doğulub. Amma Ukraynanın bəzi dairələri həmin bölgədə doğulub, yaşayanlara düşmən gözü ilə baxır. Bəlkə elə ona görə də Ukrayna məğlubiyyətə məhkumdur.

Ukrayna hakimiyyəti heç zaman Donetsk, Luqansk və hətta Krımdakı vətəndaşı ilə lazımı səviyyədə danışıq aparmadı, onlarla profilaktik iş görmədi. Bu azmış kimi vətəndaşı olduğu ölkənin ordusu onların evini, ailə üzvlərini hədəfə alır.

Təbii ki, bu cür hallarla müşahidə olunan müharibədə Ukrayna heç cür qələbə çala bilməz. Ukrayna dövləti ilk növbədə Donetskdəki, Luqanskdəki vətəndaşlarına sahib çıxmalıdır.

Ən azından onlara maddi də olmasa, mənəvi dəstək göstərməlidir. Necəki, son 30 ildə və ən nəhayət son 3 ildə Azərbaycan davamlı şəkildə bəyan edirdi ki, Qarabağda yaşayan dinc əhali Azərbaycanın qanunları ilə yaşamaq istəsə, biz onlara sahib çıxmağa hazırıq. Bundan əlavə istər 44 günlük müharibə zamanı, istərsə də ki, sonrakı antiterror tədbirlər zamanı Azərbaycan ermənilərin kompakt yaşadığı nə Xankəndinə, nə Əsgərana, nə də ki, Xocavəndə raket zərbələri endirmədi.

Çünki, Azərbaycan erməni xalqına qarşı yox, separatçılara və işğalçılara qarşı mübarizə aparırdı. Ona görə də Azərbaycan həmin mübarizədən hərbin gücünə görə yox, ağılın gücünə görə qalib çıxdı.

Təəssüf ki, Azərbaycanın sadə ermənilərə göstərdiyi humanizmi Ukraynanın siyasi dairələri Donetsk, Luqansk və digər bölgələrdə yaşayan vətəndaşlarına göstərmədi. Təbii ki, bu məsələdə Qərbin də “əməyi” az olmayıb. Münaqişəyə qlobal don geyindirmək üçün Qərb mülki əhalinin qətlinə fərman verdi.
Ukrayna ordusu da bunu can-başla yerinə yetirdi. Nə yazıq ki, aldığı külli miqdarda yardımlara görə Qərbə özünün yeni “uğur dastanı”nı təqdim etmək üçün Ukrayna yenə də öz vətəndaşlarının ölümünə göz yumur. Daha doğrusu vətəndaşlarının qətliamını həyata keçirir. Bu cür kökündən səhv yanaşma isə təbii ki, Ukraynanın sonunu yaxınlaşdırır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Notarius məhkəmə zalında həbs edildi

Notarius məhkəmə zalında həbs edildi

Bakı Qızlar Universiteti bağlandı

Bakı Qızlar Universiteti bağlandı

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Qaxda dəhşətli qəza: 1 ölü, 3 yaralı var – ÖZƏL

Qaxda dəhşətli qəza: 1 ölü, 3 yaralı var – ÖZƏL

Zaur həyat yoldaşı ilə istirahətə getməməsi HAQDA: “Bir-birimizə yapışmalı deyilik” - VİDEO

Zaur həyat yoldaşı ilə istirahətə getməməsi HAQDA: “Bir-birimizə yapışmalı deyilik” - VİDEO

Qismət qapıları açılır: Arzuları gerçəkləşəcək 5 bürc

Qismət qapıları açılır: Arzuları gerçəkləşəcək 5 bürc

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLAYACAQ

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLAYACAQ

Doktorantura səviyyəsi üzrə ixtisasların sayı ARTDI

Doktorantura səviyyəsi üzrə ixtisasların sayı ARTDI

Qobu sakinlərinin SU PROBLEMİ: "Bir ildir bu vəziyyətdəyik" - VİDEO

Qobu sakinlərinin SU PROBLEMİ: "Bir ildir bu vəziyyətdəyik" - VİDEO

17 min yerdən 3800-ü BOŞ qaldı - Magistraturada yüksək bal toplayanlar niyə azalır?

17 min yerdən 3800-ü BOŞ qaldı - Magistraturada yüksək bal toplayanlar niyə azalır?

Azərbaycandan Qarsa ilk reys – FOTO

Azərbaycandan Qarsa ilk reys – FOTO

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO

Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO

End of content

No more pages to load

RADİO