Fərda efirdə ƏSƏBİLƏŞDİ: “Çörək kəsdiklərim məni toylardan “burur”” – VİDEO 

Aktyor Fərda Amin onu toylardan və tədbirlərdən “buran” şou əhlinə efirdən xəbərdarlıq ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb. 

“2015-2018-ci illərə kimi toylara ara verdim. Səbəb isə çəkildiyim filmlərlə əlaqədar idi. O aralar toylara getmək istəsəm də, çatdıra bilməzdim. Çünki bir film bir günə başa gəlmir. Ən azı bir ay bir filmə vaxt sərf olunur. Ona görə də toylara getməyi saxladım. 2-3 ay ərzində toy sahiblərindən eşitdim ki, çörək kəsdiklərim – içində müğənnilər də, aktyorlar da var, guya mən toya getmirəm. Çörəyi verən Allahdır, amma bu cür yer üzündə şeytanlar da var. Bir şəxs deyir ki, arzum idi ki, oğlumun toyunu sən aparardın. Elə bir yaxın dostumdan sənin toyumuza gəlib aparmağını istədim ki, amma dedi ki, zəng vurub istəmə, çünki acılaya bilər. Guya mən toylara getməyi “tövbə” etmişəm. Cavab verdim ki, məclis olsun, gedim də...

Heç kimlə işim yoxdur. Məni toylardan “buran” insanlara yalnız yaxşılıq etmişəm. Ayıb olsun sizə! İnsanların çörəyi ilə oynamayın. Hamı ailə saxlayır. Zaman gələcək sizin adlarınızı da bir-bir açıqlayacağam. Sizə etdiklərim burnunuzdan gəlsin. Sizi bir şadlıq evinə toplu şəkildə yığıb, hərənizə bir mikrofon verib deyərəm ki, gəlin, toyu başlayaq və bitirək. Söhbət aparıcılıqdan və toyun şousundan gedir. Sevənlərimə də səslənirəm ki, sizin toyunuzda və məclisinizdə olmağımdan başımla hazıram. Bir də eyni insanın adı qulağıma ikinci dəfə gəlsə, öz səhifəmdə də, çıxdığım hər hansı efirdə də ifşa edəcəyəm. Bəsdirin, mənimlə soyuq müharibə apardınız. Cürətiniz çatırsa, yenidən məni toylardan “burun”. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ və İran arasında danışıqlar dalana dirəndi

ABŞ və İran arasında danışıqlar dalana dirəndi

İranda heç kəs ABŞ və İsrail mediasına müsahibə verə bilməz Qadağa qoyuldu

İranda heç kəs ABŞ və İsrail mediasına müsahibə verə bilməz Qadağa qoyuldu

Toyda yemək üstündə dava düşdü: məhkəmə qadını cərimə ödəməyə məcbur etdi

Toyda yemək üstündə dava düşdü: məhkəmə qadını cərimə ödəməyə məcbur etdi

Mərakeşli miqrantlar İspaniyanın Seuta şəhərinə keçməyə cəhd ediblər - VİDEO

Mərakeşli miqrantlar İspaniyanın Seuta şəhərinə keçməyə cəhd ediblər - VİDEO

"Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı

"Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı

İtaliyalı professor İstanbulda mənzilində ölü tapıldı

İtaliyalı professor İstanbulda mənzilində ölü tapıldı

Messi “Nashvill”ə məğlubiyyətdən sonra hakimləri söydü - VİDEO

Messi “Nashvill”ə məğlubiyyətdən sonra hakimləri söydü - VİDEO

Prezidentin xüsusi nümayəndəsi rumıniyalı iş adamlarını Qarabağa dəvət etdi - FOTO

Prezidentin xüsusi nümayəndəsi rumıniyalı iş adamlarını Qarabağa dəvət etdi - FOTO

Şirvan kanalından kişi meyiti tapıldı

Şirvan kanalından kişi meyiti tapıldı

ABŞ-da 71 yaşlı qadın tənha qadınlar üçün kənd saldı - FOTO

ABŞ-da 71 yaşlı qadın tənha qadınlar üçün kənd saldı - FOTO

Moskva ətrafında Wildberries anbarındakı yanğının tüstüsü 100 kilometrə yayıldı - FOTO

Moskva ətrafında Wildberries anbarındakı yanğının tüstüsü 100 kilometrə yayıldı - FOTO

Almaniya Ukraynaya ilk RCH-155 haubitsalarını göndərdi

Almaniya Ukraynaya ilk RCH-155 haubitsalarını göndərdi

“Oskar”a namizəd olan rejissor vəfat etdi

“Oskar”a namizəd olan rejissor vəfat etdi

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Bakı-İsmayıllı yolunda 2 minik avtomobili toqquşdu - VİDEO

Bakı-İsmayıllı yolunda 2 minik avtomobili toqquşdu - VİDEO

Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO

Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO

Günay Peruda dincəlir - FOTO

Günay Peruda dincəlir - FOTO

Tovuzdakı qəzada həyatını itirən Fəridin FOTOSU

Tovuzdakı qəzada həyatını itirən Fəridin FOTOSU

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Polşada 17-ci əsrə aid taxta kilsə yandı - FOTO/VİDEO

Polşada 17-ci əsrə aid taxta kilsə yandı - FOTO/VİDEO

Cəlilabadın 12 yaşayış məntəqəsində qaz kəsiləcək

Cəlilabadın 12 yaşayış məntəqəsində qaz kəsiləcək

Türkiyədə meşə yanğınlarına görə 40-dan çox şəxs saxlanıldı

Türkiyədə meşə yanğınlarına görə 40-dan çox şəxs saxlanıldı

İran ABŞ hərbçilərinin başına mükafat qoydu

İran ABŞ hərbçilərinin başına mükafat qoydu

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

End of content

No more pages to load

RADİO