Ermənistanın sabiq baş naziri Hrant Baqratyan Prezident Armen Sarkisyanla bağlı maraqlı açıqlama edib.
Bizim.Media Ermənistan mətbuatına istinadla xəbər verir ki, A.Sarkisyan Mİ6 agentidir.
Onun sözlərinə görə, Ermənistan prezidenti Böyük Britaniyanın məqsədlərinə xidmət edir. Baqratyan iddia edib ki, Sarkisyan konstitusiyaya zidd və təhlükəli oyun oynayır.
Qeyd edək ki, İrəvanda 53 vəkil Sarkisyanın Britaniya vətəndaşı olduğu və bəzi özəl məlumatlarını erməni xalqından gizlətdiyi iddiası ilə Baş Prokurorluğa şikayət edib.
Bizim.Media