Rusiyada fantastik qiymətə Lada Vesta-nın satışına başlanılıb.
Bizim.Media xəbər verir ki, heç bir əlavə mexanizmlərlə təchiz olunmayan maşın təxminən 1,5 milyon rubla (təxminən 29 min manat) təklif olunub.
Qeyd edək ki, avtomobilin konfiqurasiyasına təhlükəsizlik yastıqları, sükanda idarəetmə düymələri, oturacaqların qızdırılması və ya multimedia sistemi quraşdırılmayıb.
Avtomobil sadəcə qara rəngli ştamplanmış təkərlərlə təchiz olunub.
Bizim.Media