Vaşinqton administrasiyası ABŞ Konqresindən Türkiyəyə ümumilikdə 20 milyard dollar dəyərində "F-16" qırıcıları və təkmilləşdirmə dəstlərinin satışına razılıq verməsini xahiş edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər verib.
Məlumata əsasən, bu barədə ABŞ hakimiyyətinin qanunvericilərə göndərdiyi məktubda qeyd olunub.
Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib ki, Vaşinqton Ankaraya F-16-ları tədarük etməyə hazır olduğuna zəmanət vermir. O bildirib ki, bu məsələdə əsas rol Konqresə həvalə olunub.
Bizim.Media