İtaliya hökuməti Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiq etməsini alqışlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.
“Bu, doğru istiqamətdə atılmış addımdır və kollektiv təhlükəsizliyin güclənməsinə səbəb olacaq”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, yanvarın 23-də Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında İsveçin NATO-da iştirakı ilə bağlı təkliflə bağlı müzakirələr aparılıb. İclasın yekununda İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsi Türkiyə BMM-nin Baş Assambleyasında qəbul edilib.
Bizim.Media