Çinin Qırğızıstanla sərhədində 3 zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, 4,6 bal gücündə olan zəlzələnin episentri Çinin Aksu əyalətindən 136 km qərbdə və Qırğızıstanın Karakol şəhərindən 143 km cənubda yerləşib. 4,7 bal gücündə ikinci təkanların episentri Aksudan 131 km qərbdə, Karakoldan 137 km cənubda yerləşib. Episentri 10 km dərinlikdə qeydə alınıb.
4,9 bal gücündə üçüncü zəlzələnin episentri isə Aksudan 134 km qərbdə və Karakoldan 133 km cənubda yerləşib. Episentri 10 km dərinlikdə yerləşib.
Bizim.Media