Dünya beşdən BÖYÜKDÜR – Türkiyə və İsrail qlobal GÜCƏ ÇEVRİLİR…

Dünya beşdən BÖYÜKDÜR – Türkiyə və İsrail qlobal GÜCƏ ÇEVRİLİR…
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BMT-nin baş katibi Antonio Quterreş Dünya İqtisadi Forumunun iclasında çxışı zamanı sensasion fikirlər səsləndirib. O bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının  daimi üzvləri - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa öz səlahiyyətlərinin xeyli hissəsini itiriblər:

“Xüsusən də Qəzza bölgəsi kimi məsələlərdə İsrail, İran və Türkiyə kimi regional oyunçular münaqişənin həllində daha böyük təsirə malikdirlər. Etiraf etməlisiniz ki, bu gün baş verənlərə böyük güclərdən daha çox təsir edən güclər var. Bu yaxınlarda İsrail, İran, Türkiyə kimi ölkələrin Təhlükəsizlik Şurasının beş daimi üzvündən qat-qat daha təsirli olduqları məlum oldu”.

Nə qədər acı olsa da reallıqdır 

Əslində Antonio Quterreşin fikirlərində yeni bir şey yoxdur. BMT TŞ-nin nə qədər səmərəsiz və qeyri-effektiv fəaliyyət göstərməsinin ən yaxşı şahidi Azərbaycan xalqıdır. Çünki bu qurumun 1993-cü ildə Ermənistanın təcavüzünü pisləyən və ona qarşı çıxan 4 qətnaməsi 27 il kağız üzərində qaldı. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı SƏSVERMƏ KEÇİRƏCƏK


Bu qətnamələrin icrası üçün TŞ-nin 5 üzvündən heç biri heç zaman nəinki qətiyyət, heç təşəbbüs belə göstərmədi. Nəhayətdə, Azərbaycan xalqı, ordusu öz Ali Baş Komandanının rəhbərliyi altında öz sözünü dedi və 27 ildən artıq işğal altında qalan torpaqlarımız cəmi 44 gündə azad olundu.

Ötən 30 il müddətində Azərbaycan xalqı əmin oldu ki, BMT və onun nəzdindəki bütün qurumlar qlobal güclərin əlində bir oyuncaqdır. Ona görə də BMT-dən ümidimizi biz çoxdan kəsmişik. Amma bir sıra dövlətlər və xalqlar bu quruma hələ də ümidlə baxırlar. 
BMT-nin baş katibinin son açıqlaması isə həmin dövlətlərin və xalqları üçün soyuq duş effekti yaratdı. Bu gün ağılı olan heç bir ölkə lideri BMT-dən imdad gözləmir.

Bəs, BMT TŞ-nin 5 üzvü niyə bu qədər “fəaliyyətsizdir”?

Əslində, bu sualın çox sadə cavabı var. Çünki dünyada münaqişələri yaradan və onu inkişaf etdirənlər məhz TŞ-nin üzvləridir. Ona görə də hansısa münaqişənin sonlanmasında Şura üzvləri maraqlı deyillər. 

Hazırda TŞ-nin 5 üzvündən heç birinin ərazisində müharibə və münaqişə yoxdur. Amma onların cəlb edildiyi münaqişələr var. Məsələn Rusiya birbaşa Ukrayna müharibəsinə cəlb edilib. Bundan başqa Rusiya Yaxın Şərqdə davam edən münaqişələrdə dolayısı ilə iştirak edir. Çinin Tayvan problem var. Və bu ölkə hərbi münaqişələrdən bir qayda uzaq dayanır. Rəsmi Pekinin dünyanın supergücü olmaq istiqamətində öz taktikası var. O dünya ölkələrini iqtisadi metodlarla “işğal edir”. 

TŞ-nin qalan 3 üzvününsə dünyada supergüc olmaq üçün klassik üsulu var: 

“Parçala hökm sür”. 

Bu gün dünyanın istənilən yerində davam edən və yaxud müvəqqəti dondurulan münaqişələrdə bu üçlüyün birbaşa əli var. Çünki dövlət sərhədlərindən uzaq olan istənilən münaqişə TŞ üzlərinin iqtisadi-siyasi maraqlarına xidmət edir. Məhz bu münaqişələr hesabına Şərqin sərvətləri Qərbə axır. Ona görə də TŞ üzvləri münaqişələrin sonlanmasında maraqlı deyillər.

Bəs, orta səviyyəli dövlətlər niyə münaqişələrin həllində bu qədər aktivdir?

Antonio Quterreşin “orta səviyyəli” dövlət hesab etdiyi Türkiyə və İsrail kimi dövlətlər təkcə münaqişələrin həllində aktiv iştirak etmir, həm də konkret mövqe nümayiş etdirirlər. Bu da onunla bağlıdır ki, zamanında dünya qeyri-rəsmi şəkildə BMT TŞ üzvləri arasında bölüşdürlüb. Hazırda isə bizlərin razı və yaxud narazı qalmağımızdan asılı olmayaraq dünya bu dövlətlər tərəfindən idarə olunur. 

Amma yaranan yeni güclər dünyadakı mövcud vəziyyətdən razı deyillər. Ona görə də yeni güclər qlobal güclərə qarşı çıxış edir. Bu cür çıxışsa təbii ki, həmin dövlətlər üçün ədalətli oyunçu obrazı yaradır. Bu gün istər Türkiyə, istərsə də İsrail sivilizasiya üçün daha ədalətli ölkə kimi görünürlər. 

Təbii ki, həmin ölkələrin nə qədər ədalətli olduğunu biz 44 günlük müharibədə açıq-aydın gördük. Çünki qlobal güclər Cənubi Qafqazda münaqişənin bitməsini istəmirdi. Lakin bir sıra dövlətlər, o cümlədən Türkiyə və İsrail Cənubi Qafqazda davamlı sülhün olmasında maraqlıydı. 
Bu gün Türkiyənin Qəzza bölgəsində, Qırmızı dənizdə mövqeyi ədalətli və düzgündür. Çünki həmin münaqişələrdə Türkiyə təkcə sülh istəmir, həm də qlobal güclərin – TŞ üzvlərin imperialist niyyətlərinə qarşı çıxış edir. Bu da təbii ki, ən azından regionda rəğbətlə qarşılanır. 

Bütün hallarda Türkiyə və İsrail kimi yeni oyunçuların meydana çıxması klassik gücləri bəzi güzəştlərə getməyə məcbur edir.

Bir çox hallarda isə qlobal güclər bəzi münaqişələrdən geri çəkilirlər. Əks təqdirdə orta səviyyəli dövlətlər sayəsində qlobal güclər daha ağır zərbə ala bilər.

Ona görə də BMT-nin baş katibi Antonio Quterreşin dediyi kimi regional oyunçuların nüfuzunun artması və təsir imkanlarının genişlənməsi başadüşüləndir. Bu sadəcə, zamanın tələbi, tarixi zərurətdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi “dünya beşdən böyükdür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO

Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO

“Real”ın heyətində debütə HAZIRLAŞIR

“Real”ın heyətində debütə HAZIRLAŞIR

ABŞ Polşada “Patriot” sistemləri üçün texniki xidmət mərkəzini yaradacaq

ABŞ Polşada “Patriot” sistemləri üçün texniki xidmət mərkəzini yaradacaq

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO

Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO

Daha bir ölkə “Avroviziya-2027”dən İMTİNA ETDİ

Daha bir ölkə “Avroviziya-2027”dən İMTİNA ETDİ

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan altı il ÖTÜR

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan altı il ÖTÜR

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI

Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına SON QOYDU

Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına SON QOYDU

Yevlaxda yol qəzasında ölən gəncin FOTOSU

Yevlaxda yol qəzasında ölən gəncin FOTOSU

“Starlink” Ukraynada buna görə məhdudlaşdırılıb - Mask AÇIQLADI

“Starlink” Ukraynada buna görə məhdudlaşdırılıb - Mask AÇIQLADI

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq

Seçkilərdə məğlub olan Bolsonaru ABŞ-yə getdi – KİV

Seçkilərdə məğlub olan Bolsonaru ABŞ-yə getdi – KİV

“Barselona” ona görə CƏRİMƏLƏNDİ

“Barselona” ona görə CƏRİMƏLƏNDİ

İsraildə parlament seçkilərində səsvermə vaxtı UZADILMAYACAQ

İsraildə parlament seçkilərində səsvermə vaxtı UZADILMAYACAQ

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas ÇAĞIRACAQ

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas ÇAĞIRACAQ

Lavrov: “Rusiya ilə ABŞ arasında dizel yanacağı sazişi əlavə şərtlər olmadan bağlanıb”

Lavrov: “Rusiya ilə ABŞ arasında dizel yanacağı sazişi əlavə şərtlər olmadan bağlanıb”

Cəzalanan futbolçular milliyə QAYIDIR

Cəzalanan futbolçular milliyə QAYIDIR

Zelenski: “Ukrayna ordusu Kupyansk istiqamətində 15 kilometrdən çox irəliləyib” - VİDEO

Zelenski: “Ukrayna ordusu Kupyansk istiqamətində 15 kilometrdən çox irəliləyib” - VİDEO

Naxçıvanda yeniyetmə həmyaşıdını BIÇAQLADI

Naxçıvanda yeniyetmə həmyaşıdını BIÇAQLADI

Ərdoğan və Makron regional və beynəlxalq məsələləri müzakirə ediblər

Ərdoğan və Makron regional və beynəlxalq məsələləri müzakirə ediblər

End of content

No more pages to load

RADİO