İlham Əliyev Neftçala şəhərinin içməli su təchizatı sistemlərini işə salıb - VİDEO

İlham Əliyev Neftçala şəhərinin içməli su təchizatı sistemlərini işə salıb - VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi tədbirində iştirak edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyev Lənkəranda - YENİLƏNİB/FOTO


Bildirildi ki, Neftçala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə Neftçala rayonu üzrə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 89 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb.

Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq qısa müddət ərzində Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə qədər diametri 560 millimetr, uzunluğu 40 kilometr olan birinci magistral su kəməri çəkilib və Salyan şəhəri yaxınlığında tutumu 7500 kubmetr olan su anbarı inşa edilib. 2020-ci ilin noyabr ayında Neftçala şəhərinə suyun verilməsi təmin olunub. 2023-cü ildə Neftçala rayonunun qəsəbə və kəndlərinin su təchizatına xidmət edəcək diametrləri 560-450 millimetr, uzunluğu 36 kilometr olan ikinci magistral su kəmərinin tikintisi işləri yekunlaşıb.

Bununla paralel olaraq, Neftçala şəhərində ümumi uzunluğu 150 kilometr içməli su təchizatı şəbəkəsi inşa edilib və 5060 sayğac quraşdırılaraq şəhərin su təchizatı sisteminin yenidən qurulması işləri tam yekunlaşıb. Eyni zamanda, layihə çərçivəsində şəhərdə ümumi uzunluğu 145 kilometr tullantı su şəbəkəsi, 8,5 kilometr kanalizasiya kollektoru, 9 nasos stansiyası və məhsuldarlığı gündə 4 min kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır. Ötən dövr ərzində uzunluğu 9,6 kilometr kanalizasiya kollektoru və 1 nasos stansiyası inşa edilib.

Yeni yaradılmış infrastrukturun imkanları hesabına ötən müddətdə Neftçala şəhəri ilə yanaşı, rayonun içməli sudan əziyyət çəkən 39 yaşayış məntəqəsinin problemi həll edilib.

Neftçala rayonunun qalan 11 yaşayış məntəqəsi və Salyan rayonunun 6 kəndi də daxil olmaqla, ümumilikdə 17 yaşayış məntəqəsinin su təminatının yaxşılaşdırılması məqsədilə 76 kilometr uzunluğunda kəmər, tutumu 7500 kubmetr olan su anbarı və 1 su nasos stansiyasının inşası layihələndirilib.

Qeyd olunub ki, indiyədək su xəttinin 64 kilometrlik hissəsi çəkilib, anbarların və nasos stansiyasının tikintisi davam etdirilir.

Prezident İlham Əliyev Neftçala şəhərinin içməli su təchizatı sistemlərini işə salıb.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

“Uğurumun 90 faizi Röya ilə bağlıdır”

“Uğurumun 90 faizi Röya ilə bağlıdır”

Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO

Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO

“Real”ın heyətində debütə HAZIRLAŞIR

“Real”ın heyətində debütə HAZIRLAŞIR

ABŞ Polşada “Patriot” sistemləri üçün texniki xidmət mərkəzini yaradacaq

ABŞ Polşada “Patriot” sistemləri üçün texniki xidmət mərkəzini yaradacaq

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO

Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO

Daha bir ölkə “Avroviziya-2027”dən İMTİNA ETDİ

Daha bir ölkə “Avroviziya-2027”dən İMTİNA ETDİ

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan altı il ÖTÜR

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan altı il ÖTÜR

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI

Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına SON QOYDU

Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına SON QOYDU

Yevlaxda yol qəzasında ölən gəncin FOTOSU

Yevlaxda yol qəzasında ölən gəncin FOTOSU

“Starlink” Ukraynada buna görə məhdudlaşdırılıb - Mask AÇIQLADI

“Starlink” Ukraynada buna görə məhdudlaşdırılıb - Mask AÇIQLADI

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq

Seçkilərdə məğlub olan Bolsonaru ABŞ-yə getdi – KİV

Seçkilərdə məğlub olan Bolsonaru ABŞ-yə getdi – KİV

“Barselona” ona görə CƏRİMƏLƏNDİ

“Barselona” ona görə CƏRİMƏLƏNDİ

İsraildə parlament seçkilərində səsvermə vaxtı UZADILMAYACAQ

İsraildə parlament seçkilərində səsvermə vaxtı UZADILMAYACAQ

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas ÇAĞIRACAQ

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas ÇAĞIRACAQ

Lavrov: “Rusiya ilə ABŞ arasında dizel yanacağı sazişi əlavə şərtlər olmadan bağlanıb”

Lavrov: “Rusiya ilə ABŞ arasında dizel yanacağı sazişi əlavə şərtlər olmadan bağlanıb”

Cəzalanan futbolçular milliyə QAYIDIR

Cəzalanan futbolçular milliyə QAYIDIR

Zelenski: “Ukrayna ordusu Kupyansk istiqamətində 15 kilometrdən çox irəliləyib” - VİDEO

Zelenski: “Ukrayna ordusu Kupyansk istiqamətində 15 kilometrdən çox irəliləyib” - VİDEO

Naxçıvanda yeniyetmə həmyaşıdını BIÇAQLADI

Naxçıvanda yeniyetmə həmyaşıdını BIÇAQLADI

End of content

No more pages to load

RADİO