İsrailin HƏMAS-a qarşı müharibəsi uzun aylar davam edəcək.
Bizim.Media xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin 2024-cü il dövlət büdcəsinin təsdiqi ilə bağlı hökumət iclasını açarkən deyib.
Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumundan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, İsrailin uşaqlar, qadınlar və qocalar daxil olmaqla 200-dən çox vətəndaşının terrorçular tərəfindən girov götürülməsi ilə müşayiət olunub.
İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.
Bizim.Media