“Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş planlaşdırılır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, görüşün tarixi hələ seçilməyib:
“Diplomatik kanallarla razılaşdırılacaq. İki ölkənin liderləri arasında daimi dialoqa ehtiyac var, lazım gələrsə, onlar bir-birinə çox qısa zamanda zəng də edə bilərlər”.
Bizim.Media