Yanvarın 8-i müavinətlərin azaldılmasından narazı olan fermerlər Almaniyada mitinqlər keçirəcək və magistral yolları bağlayacaqlar.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Bild” yayıb.
Məlumata görə, təkcə Brandenburq federal əyalətində 100-ə yaxın, Bavariyada 20, Meklenburq-Ön Pommern ştatında 50 aksiya nəzərdə tutulub.
Bizim.Media