Hollandiya ordusunun baş komandanı Martin Vijnen ölkəni Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Telegraph”a açıqlamasında danışıb.
“Hollandiya başa düşməlidir ki, bütün cəmiyyət nəyinsə yanlış getməsinə hazır olmalıdır. Təhlükəsizliyimizə sırf 1500 kilometr uzaqda olduğumuz üçün zəmanət verildiyini düşünməməliyik”, – Vijnen bildirib.
O, həmçinin fövqəladə hallar zamanı mülki əhaliyə ərzaq və içməli su ehtiyatı yaratmağı tövsiyə edib.
Bizim.Media