MSK sədri ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüşdü

Dekabrın 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar seçki müşahidə missiyasının rəhbəri İoğan Mörfi ilə görüşüb.

MSK-dan Bizim.Media-a verilən xəbərə görə, Müşahidə missiyasın rəhbəri və üzvlərini salamlayan MSK sədri görüşdən məmnunluğunu bildirib.

MSK-dakı səmimi qəbula və sıx iş qrafikinə rəğmən görüş üçün vaxt ayırdığına görə sədr Məzahir Pənahova minnətdarlığını ifadə edən İoğan Mörfi seçki müşahidə missiyasının strukturu və tərkibi barədə məlumat verib. Missiya üzvləri qarşıdan gələn seçkilərə hazırlıqların gedişi ilə maraqlanıb, MSK sədrindən həyata keçirilən və planlaşdırılan layihələr barədə onları məlumatlandırmasını xahiş ediblər.
Sədr M.Pənahov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əlaqələrə mühüm əhəmiyyət verdiyini, əməkdaşlığa hər zaman açıq olduğunu və bütün proseslərin geniş aşkarlıq şəraitində reallaşdırıldığını vurğulayıb. O, Azərbaycanın seçki sistemi, seçki qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və sözügedən seçkilərlə əlaqədar həyata keçirilmiş, eləcə də nəzərdə tutulan müxtəlif səpkili layihələrdən danışıb. Seçki hazırlıqlarının ardıcıl və sistemli şəkildə davam etdiyini deyən sədr bildirib ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində indiyədək 5-i siyasi partiyalar, 10-u özü tərəfindən irəli sürülən, ümumilikdə 15 nəfərin namizədliyinin irəli sürülməsi MSK-nın müvafiq qərarları ilə təsdiq olunub.

O cümlədən diqqətə çatdırıb ki, Seçki Məcəlləsinin tələblərinə əsasən hazırda təqdim olunan imza vərəqələri və digər seçki sənədləri peşəkar işçi qrupu tərəfindən yoxlanılır. MSK sədri seçki müşahidə missiyasının üzvlərini istədikləri vaxt həm imza vərəqələrinin yoxlanılması, həm də seçkilərlə bağlı hər hansı digər prosedurlarda yaxından iştiraka dəvət edib.

Bildirib ki, bütün mərhələlər kimi, tam şəffaf həyata keçirilən və ictimaiyyətə açıq olan bu proseslərin müşahidə edilməsi üçün də geniş imkanlar yaradılıb. Digər maraqlı şəxslər kimi, onlar da hər zaman işlərin gedişatını birbaşa müşahidə edə bilərlər.

Görüşdə çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Volodin: “Zelenski cinayətlərinə görə məsuliyyətdən yayına bilməyəcək”

Volodin: “Zelenski cinayətlərinə görə məsuliyyətdən yayına bilməyəcək”

Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib

Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Meymunçiçəyi yenidən gündəmdə - Rusiyada yoluxanlar var

Meymunçiçəyi yenidən gündəmdə - Rusiyada yoluxanlar var

Müharibə daha tez bitəcək - Tramp

Müharibə daha tez bitəcək - Tramp

Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz

Mənzil satanların DİQQƏTİNƏ: Sığorta ödənişinizi geri ala bilərsiniz

Vətən müharibəsinin xronikası: 17 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 17 oktyabr – VİDEO

Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi

Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi

Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - FOTO

Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - FOTO

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Məhkumların cəzasının təxirə salınması ilə bağlı mühüm QƏRAR

Futzal millimiz Çexiyaya UDUZDU

Futzal millimiz Çexiyaya UDUZDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

“Sakitliyim xəbərsizliyim deyil”

“Sakitliyim xəbərsizliyim deyil”

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

End of content

No more pages to load

RADİO